Dağıntı altında qalan Samir Quliyevin qohumu: "Məlumatı səfirlik təsdiq etmədi" - FOTO
Ötən gün Türkiyədə baş verən zəlzələdə Malatyada dağıntı altında qalan dörd azərbaycanlı tələbənin xilas olduğu bildirilib. Səfirlikdən verilən məlumata görə isə həmin tələbələrlə bağlı hər hansı bir məlumat yoxdur.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dağıntı altında qalan S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.
Oxu.Az-ın əməkdaşı dağıntı altında qalan Samir Quliyevin qohumu, Beynəlxalq Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Ramal Şəmşədli ilə danışıb.
Onun sözlərinə görə, Samir Quliyevdən hər hansı bir məlumat yoxdur:
"Samir doğma bibim oğludur. Dünən məlumatı sosial şəbəkədən aldıq. Xəstəxanaya aparıldığı bildirilib. Lakin onların xəstəxanada adları çıxmayıb. Məlumatı səfirlik belə, təsdiq etməyib. Uşaqları görə bilməyiblər. Axtarışlar hələ də davam edir".
R.Şəmşədli ailələrinin pərişan halda olduğunu söyləyib:
"Ailələri çox narahatdır. Samirin atası o hələ uşaq olanda rəhmətə gedib. Anasının himayəsində böyüyüb. Hər birimiz pərişanıq. Bu hadisə bizi sarsıtdı. Şad xəbəri aldıq ki, çıxarılıb. Lakin təsdiqini tapmadı. Səbirsizliklə məlumatın təsdiqini gözləyirik".
R.Şəmşədli həmin şəhərdə olan digər tələbələrin vəziyyətinin yaxşı olduğunu qeyd edib:
"Samir İnönü Universitetinin psixologiya fakültəsinin III kurs tələbəsidir. Yataqxanada qalmırdılar. Dörd tələbə ev tutub, kirayədə qalırdı. Hər birinin ailəsini tanıyıram. Bakıdan, Sumqayıtdan, Gəncədəndirlər. Onlardan biri Gündüz Nəzərzadə magistr tələbəsidir, Hüman və Şahin sonuncu kursda təhsil alırdılar. Bizim vasitəmizlə gediblər.
Həmin şəhərdə olan digər tələbələrimizin vəziyyəti yaxşıdır. Yəqin ki, səfirliyimiz digər tələbələri təxliyə edəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2642 Tarix: 07 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabr