DYP: "Meyxanaçı Balaəlinin hərəkəti məsuliyyətsizlikdir" - VİDEO
Məşhur meyxanaçı Balaəli yol hərəkəti qaydalarını pozub.
BAKU.WS xəbər verir ki, o, yolun hərəkət hissəsində avtomobilini saxlayaraq mağazaya gedib.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə Balaəlinin idarə etdiyi "Range Rover" markalı avtomobilini saxlayaraq arxada marşrut avtobusunun gəlməyinə məhəl qoymadan getdiyi lentə alınıb.
Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında meyxanaçının bu hərəkətinin məsuliyyətsizlik olduğunu deyib:
"Təbii ki, bu hərəkət məsuliyyətsizlikdir. Hər zaman demişik, kim ki, bu cəmiyyətdə azdan çoxdan tanınır, çalışıb nümunəvi hərəkətlər etsinlər. Ona görə ki, onların nümunəvi hərəkətləri ilə məsuliyyətli olmaq aşılansın. Avtobusda gözləyənlər də bizim insanımızdır, onu yersiz yerə gözlətdirən də… Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də qara "Range Rover" sürənə bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir. Bax bunun üçün ətrafdakılara hörmətlə yanaşmaq lazımdır".
Polis mayoru bu kimi hadisələrin, təəssüf ki, paytaxtın bəzi yerlərində də baş verdiyini bildirib:
"Bəzi restoranlar var ki, onların qarşısında bahalı avtomobillər gəlib qanunsuz parklanma edir. Əməkdaşlarımız onları qeydə alanda harınlıq edərək, "20 manatdır da, çəkirsən çək verəcəm" deyir. Bu təbii ki, arzuolunmaz, xoşagəlməz haldır. Cəmiyyətin nisbətən aşağı sosial təbəqəsini qıcıqlandırmaqdır. Gəl ki, həmin bəzi bahalı maşın sahiblərini çox azı istisna olmaqla qardaş Türkiyəyə yardım göndərilən ünvanlarda görmədik. Ora da gəlib avtomobillərini saxlayardılar sadə insanlara dəstək nüməyiş etdirərdilər, heç olmasa belə gündəmə gələrdilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3106 Tarix: 08 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabr