"Azərbaycan xalqı bu çətin günlərdə göstərdi ki, "bir millət, iki dövlət" prinsipi quru sözdən ibarət deyil" - DEPUTAT
"Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevin qardaş dövlətin ölkəmizdəki Səfirliyində başsağlığı nitqi Azərbaycan-Türkiyə münasibətlərinin real mənzərəsininin ən gözəl ifadəsi idi. Dövlət başçısı açıq mətnlə bəyan etdi ki, "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır". Həqiətən də, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bu çətin günlərdə göstərdi ki, Azərbaycan və Türkiyənin "bir millət, iki dövlət" prinsipi quru sözdən ibarət deyil. Bu qardaşlığın təməlində milli ruh, vahid milli məfkurə, ortaq dil, ortaq tarixi keçmiş və balanslaşdırılmış dövlət maraqlarımız dayanır.Azərbaycanın bu cür ürək yanğısı ilə davranışı heç kim üçün gözlənilməz olmadı, çünki biz həmişə Türkiyənin maraqlarına öz milli maraqlarımız kimi sahib çıxmışıq, cənab İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə "Türkiyə burada yoxdursa, biz varıq" deməklə Ankaranın mənafelərini ən ali formada müdafiə edib. Bu mənada dar günündə Türkiyənin yardımına tələsən ilk liderin cənab İlham Əliyev, ilk dövlətin isə Azərbaycan olmasından təbii heçnə ola bilməz".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, faciənin ilk saatlarından Azərbaycanın aidiyyəti dövlət strukturları səfərbər edildi, Türkiyəyə tam təhcizatla bilrikdə həkimlər, xilasedicilər, könüllülər göndərildi və hazırda da bu proses dövlət qurumları ilə yanaşı Mehriban xanım Əliyevanın rəhbərliyi altında, Heydər Əliyev Fondu tərəfindən davam edir, habelə bütün yardım məsələlərinin bir mərkəzdən idarə olunması üçün proseslərin koordinasiyası Prezident Adminstrasiyasının rəhbərinə həvalə edilib.
"Eyni zamanda xalqımız uşaqdan böyüyə səfərbər olub. Cənab Prezidentin də Türkiyə səfirliyində böyük qürururla ifadə etdiyi kimi, "Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir". Yəni bir əsr əvvəl Sarıqamışda, Çanaqqalada, İstiqlal savaşında, Bakının azad olunması uğrunda döyüşlərdə, 2 il öncə isə Vətən müharibəsində biz qardaşlıq dastanı yazmışıdıq, həmin ruhla da bu dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında birgə səy göstəririk və bu Azərbaycan və Türkiyəni daha da yaxınlaşdırmaqdadır.Türkiyədə baş verən bu dəhşətli faciə, həmçinin Azərbaycanda xalq-dövlət birliyinin əsl mahiyyətini bir daha üzə çıxardı, biz dövlətin prioritetlərinin həm də xalqın prioriteti olduğunu bir daha əməli şəkildə müşahidə etdik. Türkiyədə zəlzələ bizi sarsıtsa da, Azərbaycan və Türkiyə daha çox bir-birinə kilidlənmiş, bir olmuşdur və hərbi gücümüzlə bərabər inam və iman gücümüzün də dəmir yumruğa döndüyünün şahidi olmaqdayıq".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1435 Tarix: 13 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021