Bakıda hərbçini döydülər - "Bunu edən komandir Sübhan Bəkirovdur"

Bakıda hərbçini döydülər - "Bunu edən komandir Sübhan Bəkirovdur"Bakıda ehtiyatda olan 2-ci dərəcəli zabit İftixar Dadaşov döyülüb.
Bu barədə Bakupost.az –a danışan İ. Dadaşov bildirib ki, hadisə dünən baş verib:
"Dünən səhər uşaqlarımı məktəbə apararkən telefonuma zəng gəldi. Zəng edən Xalid Hüseynov idi. Dedi, səninlə işim var, nə zaman görüşək? Dedim günorta görüşə bilərik. Günorta vaxtı uşaqları evə buraxıb, maşını duracaqda saxladım. Binaya yaxınlaşanda blokun qarşısında Xalid Hüseynov və Niyazi Məmmədov (Hər ikisi hərbçidir) qarşımı kəsdilər. Salamlaşdıqdan sonra Xaliddən nə məsələ olduğunu soruşdum. Dedi, sən bizim bölgəni təhqir etmisən, söymüsən. Mən isə əksini, təhqir etmədiyimi dedim. Bildirdim ki, hara getsək də hər yer bizim zonadır. Əgər elə bir fakt varsa, gətirin göstərin, sübut edin, cavab verməyə hazıram. Onlar səslərini yüksəldərək mənə qarşı fiziki təzyiq göstərməyə başladılar. Çevrilib getmək istəyəndə, Xalid məni tutub yumruqla vurmağa başladı. Məni vurarkən yuxarı, binanın 4-cü mərtəbəsinə baxırdı. Hərbi hissənin komandiri həmin binanın 4-cü mərtəbəsində qalır. Deməli, yuxarıdan onlara baxan, təlimat verən də odur. Üz nahiyəmə kəllə vurdu, başladı yenə dalaşmağa ki, bizim zonanı, məni söymüsən. İkiəlli boğazımdan yapışaraq boğmağa başladı. Mən isə heç bir qarşılıq vermədən durmuşdum. Çünki bilirdim ki, bu qurama işdir.
Qonşular məni onlardan aldıqdan sonra dedilər ki, bir də sənin maşının burada görməyək. Söyüşlər, təhqirlər yağdırırdılar".

Bakıda hərbçini döydülər - "Bunu edən komandir Sübhan Bəkirovdur"Hadisənin səbəbkarı N saylı hərbi hissə komandiri Sübhan Bəkirovdur.
Zabit vurğulayıb ki, S. Bəkirov hərbi hissə komandiri təyin olunandan ona qarşı qərəzli münasibət bəsləyib:
"Əvvəlcə şöbə rəisi vəzifəsindən aşağı vəzifəyə keçirilməyimə dair Müdafiə Nazirliyinə saxta sənədlər göndərib və bunun əsasında qanunsuz əmr imzalamışdı. Mən həmin əmirin qanunsuz olduğunu məhkəmədə sübut etdim. Bundan sakitləşməyən S. Bəkirov "Puta" hərbi şəhərciyində yerləşən mənzildən ailəmi qanunsuz şəkildə çıxarmaq üçün məhkəməyə baş vurub. Bu dəfə də onun iddiası təmin olunmadı. Sübhan Bəkirov 2 ildən artıqdır ki, məni və ailə üzvlərimi təhdid edir".
Qeyd edək ki, İ.Dadaşov hadisədən dərhal sonra "102" xidmətinə xidmətinə zəng edib.
Ərizə ilə müraciət etdikdən sonra tibbi ekspertizaya göndərilib. Ekspertizanın rəyindən sonra bölməyə dəvət olunacaq.
Davamı olacaq...

Bakıda hərbçini döydülər - "Bunu edən komandir Sübhan Bəkirovdur"Fotoda: Ehtiyatda olan 2-ci dərəcəli zabit İftixar Dadaşov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1854   Tarix: 13 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021