Zakir Fərəcovla Adil Xudadatovun gizli əlaqəsi: Baş memar kimi fotoyla şantaj edib?

Zakir Fərəcovla Adil Xudadatovun gizli əlaqəsi: Baş memar kimi fotoyla şantaj edib?Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup iş adamı və 400-ə yaxın işçinin arasında pul qalmaqalı davam edir. Belə ki, şəhərin Dənizkənarı Bulvarı və giriş hissəsinin tikintisini həyata keçirən iş adamları 2016-cı ildən bəri 8 milyon manat pullarını ala bilmirlər. Onların bildirdiyinə görə, işi tamamladıqdan sonra pullarını istəsələr də, bunun heç bir xeyri olmayıb.

Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə icra başçısı borcların ödənilməsini Sumqayıt İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xuradadatova həvalə etdiyini deyib. Elə həmin vaxtdan Xudadatovu tapmaq mümkün olmayıb.

Daha doğrusu, sözügedən şəxs telefonla danışaraq, iş adamlarına deyib ki, icra başçısı işləri ona tapşırsa da, pulu yoxdur. Pulu toplamaq üçün isə işçilərini ərazilərə göndərib və onlar pul yığdıqdan sonra görüşəcək. Maraqlıdır, dövlət başçısı Sumqayıtda abadlıq və yenidənqurma işlərinə 50 milyon manat pul ayrıb. Həmin pulun hara və nəyə xərcləndiyi məlum deyil.

Daha doğrusu, görülən işlərdən yalnız 4 milyon manatı sahibkarlara verilib. Yerdə qalanın aqibəti bəlli deyil. İndi sual olunur: Ayrılmış 50 milyon manat pul hara xərclənib? Sumqayıt İcra Hakimiyyətinin hesabında olan pulu kimlər özünküləşdirib? Və ən əsası, İcra Hakimiyyətinin sahibkarlara olan borcunu Adil Xudadatov niyə verməlidir?

Xudadatov ən yaxşı halda Sumqayıt İH-nin tikinti və memarlıq şöbəsinin müdiridir. Onun vəzifəsi şəhərdə memarlıq və tikinti işlərinə nəzarət etməkdir. Amma bu adam deyil ki, "əraziyə işçiləri göndərmişəm ki, pul yığsınlar". Görəsən, şöbə müdiri hansı pulu yığır və yığdırır? Xudadatov niyə Zakir Fərəcovun borclarını bağlamalıdır?

A.Xudadatovun vəzifəyə gətirilməsinin maraqlı tarixçəsi ilə bağlı məlumat daxil olub. Zakir Fərəcov Abşeronda icra başçısı işlədiyi dönəmdə bu şəxsi Memarlıq şöbəsində vəzifəyə gətirmişdi. Lakin bir müddət keçəndən sonra Adil Xudadatov başçının qəzəbinə gəldi və həbs edildi.

Sakinlərin bildirdiyinə görə Zakir Fərəcovun onu həbs etdirməsi şəxsi münasibətləri ilə bağlı olub. Adil Xudadatovla qeyri-rəsmi qohum olan icra başçısı istəyinə çatandan sonra onu həbsdən azad edib və Sumqayıt İcra Hakimiyyətində mühüm vəzifə ilə təmin edib. Hazırda davam edən rəsmi olmayan qohumluq münasibətləri Zakir Fərəcovu qane etdiyindən Adil Xudadatov şəhərdə söz sahibi hesab olunur. İddia olunur ki, o, özünün və yaxınlarının adına rəsmiləşdirilmiş milyonluq daşınmaz əmlaklara sahibdir.

Şikayətçilər A. Xudadatova məxsus olan obyektlərin siyahısını

cumhuriyyet.az-a göndəriblər.

Onların bəzilərini təqdim edirik:

1. Bakı şəhəri, 28 may küçəsi, "Neptun" marketin üstündə yerləşən mənzillər;

2. AAFF Yaşayış Kompleksində mənzillər;

3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;

4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina

5. Yenə eyni ünvanda "Repaprik Pab" (icarədə);

6.43-cü məhəllədə "Kammet" klinikasının yanında tikilməkdə olan 5 mərtəbəli bina;

7. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən mebel mağazası (icarədə);

8. Sumqayıt şəhəri, 6-ci mikroraryon yerləşən "Taxılçı" restoranı və onun yanında "Təndir evi" (icarədə);

9. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bir neçə mağaza;

10. Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən "5 fəsil" adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…

Bu yaxlnlarda A.Xudadatovun Sumqayıtda rütbəli yüksək bir məmurun əyləncə mərkəzindən kadrlarını müvafiq orqanlara ötürərək onu vəzifədən azad etdirdiyi haqda da məlumatlar var ki, bunun təfərrüatları haqda növbəti yazımızda.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2201   Tarix: 13 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021