"AAAF Park"da binaların zirzəmilərinə kütləvi müdaxilə edilir – FHN aciz durumda qalıb
Türkiyədə baş verən zəlzələ zamanı yaşayış binalarının kütləvi olaraq dağılması inşa edilən binaların keyfiyyət məsələsini yenidən gündəmə gətirib.
Son günlər sosial şəbəkələrdə əsas müzakirə olunan mövzu ölkəmizdə, xüsusən də Bakının Yasamal, Sabunçu, Binəqədi və Abşeron rayonlarında yeni tikilən binaların əksəriyyətinin keyfiyyətsiz aparılmasıdır.
Sonxeber.az xəbər verir ki, Qlobal.az-ın əldə etdiyi məlumata görə Abşeron rayonunda keyfiyyətsiz inşa edilən binalardan bəziləri Xırdalan şəhərində "AAAF Park" yaşayış kompleksindədir.
Bu ərazidə inşa edilən binaların tikintisi zamanı geoloji kəşfiyyatın düzgün aparılmadığı vurğulanır.
Burada olan digər problemin isə Ceyranbatan gölünün yaxın və hündürdə olduğuna görə rütubətliliyi artırması olduğu bildirilir.
Məlumata görə "AAAF Park" yaşayış kompleksində mini stadionun yanında inşa edilən 5 mərtəbəli binalar bataqlıq ərazidə inşa edilib. Burada binaların podvalının daim rütubətli olduğu, qamış bitkiləri bitir.
Daha ilginc məqam isə bir müddət öncə kompleksdə olan yaşayış binalarının zirzəmilərinə şirkət rəhbərliyi tərəfindən müdaxilə edilməsidir.
Qanunsuz edilən bu hal isə onsuzda keyfiyyətsiz inşa edildiyi deyilən binaları daha riskli edib.
Qeyd edək ki, ötən il "AAAF Park" yaşayış kompleksində binaların zirzəmilərinə edilən müdaxilələrə görə Fövqəladə Hallar Nazirliyi əraziyə baxış keçirib.
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Baş məsləhətçi müfəttişi Fərid Süleymanlı ərazidə qanunsuzluğun baş verdiyini təsdiqləyib.
Nazirlik rəsmisi bildirib ki, burada qanunsuzluğun qarşısını ala bilmirlər:
"Binanın zirzəmisində qapı-pəncərə boşluqları açılıb. Dəfələrlə müraciət etməyimizə baxmayaraq qapı-pəncərə boşluqları bağlanmış, sonradan yenidən açılıb. AAAF yaşayış kompleksinə və Abşeron rayon rəhbərliyinə müvafiq tədbirlərin görülməsi üçün dəfələrlə yazılı müraciət edilib.
FHN tərəfindən ərazidə tikinti işlərinin dayandırılması üçün yaşayış kompleksinin rəhbərliyinə qərar verilib ki, qanunauyğunluq təmin olunsun. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Hazırda zirzəmirdə təmir işləri aparılır. Kompleks rəhbərliyinə vəzifəli şəxs kimi protokol tərtib olunacaq".
"AAAF Park" səslənən iddialara münasibət bildirməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2714 Tarix: 13 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19 sentyabrPensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabr