Azərbaycan Respublikasının Ali Məhkəməsinin yaranmasından 100 il ötdü
"Azərbaycan Respublikasının Ali Məhkəməsinin yaranmasından 100 il ötür. Ötən bir əsrdə çox mürəkkəb tarixi inkişaf yolu keçən, zaman-zaman ideoloji təsirlərə, qeyri-peşəkar idarəçiliyə məruz qalan, hətta müstəqilliyimizin ilk illərində tam siyasiləşən Ali Məhkəməmiz Ümummilli Lider Heydər Əliyevin başlatdığı və hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları ilə bu gün özünün ən qüdrətli və peşəkar dönəmini yaşayır.Bildiyiniz kimi, hazırda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi prosesi gedir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi möhtərəm cənab İlham Əliyev müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək, məhkəmələrin fəaliyyətində şəffaflığı artırmaq, məhkəmə icraatının effektivliyini yüksəltmək, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinə nail olmaq, süründürməçilik və digər neqativ halları tam aradan qaldırmaq, habelə hakimlərin müstəqilliyini təmin etmək, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərini təkmilləşdirmək və hakimlərin sosial müdafiəsini gücləndirmək, onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması istiqamətində ardıcıl və kompleks tədbirlər həyata keçirməkdədir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, bu prosesdə heç şübhəsiz ki, Ali Məhkəmə özünəməxsus əhəmiyyətli rol oynamaqda, xüsusən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi, habelə bu ümumiləşdirmə nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılması istiqamətində təbii olaraq aparıcı mövqe sərgiləməkdədir.
"Eyni zamanda islahatlar Ali Məhkəmənin özündən də yan keçməmiş, müasir çağırışlar nəzərə alınmaqla məhkəmə fəaliyyətində əsaslı dönüş yaradılmış, xüsusən mülki və kommersiya mübahisələrinə dair işlər üzrə kassasiya şikayəti vermə hüququ ilə bağlı iddia məbləğlərinə hədd qoyulması, habelə yazılı icraat təcrübəsinə müraciət edilməsi kimi çoxsaylı prosessual təkmilləşdirmələrlə hüququn tətbiqində əsaslı dönüşə nail olunmuşdur. Habelə Ali Məhkəmənin hakim korpusunun mütəmadi olaraq təcrübəli kadrlar hesabına yenilənməsi, onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmə aparatının kadr təminatının gücləndirilməsi, aparat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəli çoxşaxəli və sistematik tədbirlərlə Ali Məhkəmənin və bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə Ali Məhkəməyə və digər məhkəmələrə etimadın möhkəmlənməsinə səbəb olmaqdadır.
Bu gün arxada qalan 100 illik dövrü təhlil edəndə hüquq təfəkkürü və məhkəmə-hüquq mədəniyyətinin formalaşması və inkişafında Ali Məhkəmənin müstəsna rolu aydın formada görünür. Müstəqil, qalib Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda isə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması işində Ali Məhkəmənin artan rolunun şahidi olmaqdayıq və bu şərəfli missiyada Ali Məhkəməmizin hər bir hakiminə şərəfli hakim adını uca tutaraq uğurlu fəaliyyət arzulayıram".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva