Səhiyyə Nazirliyindən qızdırma ilə bağlı valideynlərə XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən qızdırma ilə bağlı valideynlərə XƏBƏRDARLIQ"Hərarəti zorla salmaq xəstəliyin gedişini dayandırmır, eyni zamanda müxtəlif ağırlaşmalara gətirib çıxarır".

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev uşaqlar arasında qastroenteroloji problemlərlə bağlı müsahibəsində deyib.

O bildirib ki, hərarəti salmaq üçün bütün dünyada əsasən Asetaminofen (Parasetamol) tərkibli dərmandan istifadə edilir.

"Qeyd edim ki, temperatur orqanizmin qoruyucu funksiyasıdır və orqanizm virus və ya digər mikroorqanizmlərlə mübarizə etmək üçün 38 dərəcəyə yaxın temperaturda daha aktiv mübarizə aparır. Xüsusi hallarda (febril qıcolma, ürək-tənəffüs çatışmazlığı, bəzi ürək xəstəlikləri) hərarəti salmaq lazım gəlir. Qalan bütün hallarda hərarət 38 dərəcədən yuxarı olarsa, o zaman müdaxilə etmək lazımdır.

Əgər hərarət düşmürsə, mexaniki üsullardan istifadə etmək olar. Bunun üçün ilıq duş (soyuq olmaz) almaq, iri damarlar olan nahiyələrə çox da soyuq olmayan tək qatlı isladılmış bintlərin qoyulması kimi üsullardan istifadə etmək lazımdır. Parasetamol uşaqlarda hər kiloqram çəkiyə 10-15 mq, yüksək temperatur davam edərsə 4-5 saat aralıqlarla verilməlidir. Əks halda qaraciyərdə funksiya pozğunluğuna, mədənin selikli qişasında qanamaya səbəb olub, vəziyyəti daha da ağırlaşdıra bilər", - deyə o, qeyd edib.

Mütəxəssis əlavə edib ki, əgər uşağın hərarəti varsa, 38 dərəcəni keçmədən düşürülməməlidir.

"Parasetamol, bəzən də ibuprofen kimi dərmanlardan (ibuprofen də bəzi ciddi yan təsirlərə səbəb ola bilər və 1 yaşdan balaca uşaqlara verilməməlidir) uşağın kilosuna uyğun dozada, ən tezi 4-5 saat aralıqlarla verilməlidir. Uşaqlara bol maye verilməli, xəstəlik səbəbi ilə onsuz da maye qəbulu az olan hallarda lazım gələrsə, damardan yaşına uyğun maye köçürülməlidir.

Susuzluq zamanı ağızdan verilən hərarət salıcı dərmanlar daha zəif təsir edir. Əgər bütün bunlara rəğmən hərarət düşmürsə, mütləq mexaniki üsullarla salınmalıdır.

Bir neçə fərqli forma dərman preparatlarını eyni zamanda istifadə etmək olmaz (məsələn həm ağızdan, həm də şam kimi düz bağırsaqdan). Bu mədə qanamasına və qaraciyər funksiyalarının ciddi pozulmasına səbəb ola bilər.

Eləcə də, öskürək də qoruyucu bir funksiya olduğu üçün dərhal öskürək üçün dərman vermək uyğun deyildir. Sadəcə ağır, sıx təkrarlayan, boğulmaya səbəb olan öskürəklərdə həkim müayinə edərək dərman seçimi eləməlidir.

Uşaqlar yaşdan asılı olaraq gündə ən az 1-2 litr su içməli, mövsümü meyvə-tərəvəzlərindən istifadə etməli, qışda meyvə quruları yeməli, qidalarında zülal, yağ, karbohidrat, lif tərkibli balanslaşdırılmış qidalara yer verməlidilər.

Mütəmadi olaraq açıq havada hərəkət etməli, 4 yaşa qədər ekran qarşısında oturmamalıdırlar. Eyni zamanda, "fast-food" qidalardan mümkün qədər az istifadə etməsi tövsiyə olunur", - mütəxəssis vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1570   Tarix: 14 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021