"Qızımızın ölümündə qayınatasının əli var" deyən ailə Baş prokurora müraciət etdi - FOTO

"Qızımızın ölümündə qayınatasının əli var" deyən ailə Baş prokurora müraciət etdi - FOTOİki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş yenidən araşdırılır.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, vəkil Samir Zeynalov bildirib ki, ailəsi Səmayənin intihar etməsi ilə bağlı başlanmış cinayət işinin yenidən Sabirabad Rayon Prokurorluğunda araşdırılmasını istəmir.

Bununla bağlı olaraq mərhumun anası Dilarə Əkbərova Baş prokuror Kamran Əliyevə müraciət edib.

Ana işin yenidən eyni idarədə araşdırılmasının məntiqəuyğun olmadığını deyib:

"Rayon prokurorluğunun qızımın "nar ağacından" özünü asmasını və buna səbəb kimi heç bir dəlil göstərilmədən depressiyada olduğu qənaətini müdafiə etməsi hüquqi məntiqə və cinayət işinin araşdırmadan uzaq qalan faktiki hallarına zidd olub.

Bu baxımdan istisna etmirəm ki, rayon prokurorluğunun vəzifəli şəxsləri sözügedən qanunsuz və əsassız qərarın qəbuluna bilərəkdən təşəbbüs göstəriblər. Və bununla da həqiqətin ört-basdır edilməsində maraqlı olublar.

Ona görə ki, qızımın ölümünün qeyri-aşkar şəraitdə edilmiş qəsd nəticəsində reallaşmasına dəlalət edən kifayət qədər dəlillər aşkar mövcudiyyəti və bəsitliyi ilə rayon prokurorluğuna məlum olub. Məhz rayon prokurorluğunun qeyd etdiyim qərarından ilhamlanan qızımın qayınanası Əfiqə Zeynalova, qayınatası Əlişirin Zeynalov, həyat yoldaşı Eldar Zeynalov, eləcə də onlara qohumluq baxımından yaxın olan digər şəxslər qızımın barəsində rayonda rüsvayedici şayiələr yayıb, bununla da mənə və ailəmə sözlə ifadə edilməsi çətin olan mənəvi sarsıntılar yaşadıblar.

Rayon prokurorluğunun baiskarlığı sayəsində yaşanan bu dözülməz halların müqabilində isə qızımın ölümü ilə bağlı araşdırmanın yenidən Sabirabad Rayon Prokurorluğunda aparılmasına dözümlü yanaşıb razı ola bilmərəm.

Çünki qeyd edilən hallara əsasən həqiqətin ört-basdır edilməsində maraqlı olan Sabirabad Rayon Prokurorluğu bu iş üzrə ədaləti, həqiqəti və obyektivliyi təmin etmək təşəbbüsündə ola bilməz".

Mərhumun ailəsi Zeynalova Səmayə Xalid qızının ölüm faktı ilə bağlı başlanılmış cinayət üzrə icraatın Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilməsini xahiş edib.

Qeyd edək ki, ötən ay Sabirabad Rayon Prokurorluğunun cinayət işinə xitam xitam verilməsi ilə bağlı qərar məhkəmə tərəfindən ləğv edilib.

Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan iş yenidən icraata götürülüb və Sabirabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

S.Zeynalovanın ailəsi onun intihar etmədiyini bildirərək öldürüldüyünü iddia edir. Onlar bildiriblər ki, 20 yaşlı Səmayə normal əhval-ruhiyyədə olub, hadisədən bir neçə gün əvvəl övladının doğum gününü təmtəraqlı şəkildə qeyd edib.

Həmçinin mərhumun ailəsi onun özünü asdığı bildirilən nar ağacının budağının həddindən artıq kövrək və elastik olmasını, 1 metr 72 sm boylu şəxsi saxlamaq gücündə olmadığını bildiriblər. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb.

Onlar mərhumun qayınatası Əlişirin Zeynalovun Səmayənin ölümündə əsas iştirakçı olduğunu iddia ediblər.

Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu, Cavad kəndində vəfat edib.
"Qızımızın ölümündə qayınatasının əli var" deyən ailə Baş prokurora müraciət etdi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1992   Tarix: 14 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr