General həbsdən çıxmaq üçün yarım milyon verib? - Vəkilin həbsinin detalları

General həbsdən çıxmaq üçün yarım milyon verib? - Vəkilin həbsinin detallarıHəbsdə olan MTN generalı Mövlam Şıxəliyevin ailəsinə qarşı yarım milyonluq dələduzluqda ittiham olunan vəkil Elçin Qəmbərov fevralın 22-də məhkəmə qarşısına çıxarılacaq. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qaynarinfo "Azadlıq radiosu"na istinadən xəbər verir ki, Qəmbərov uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin 2021-ci ilin aprelində həbsindən sonra bir müddət ona vəkillik edib. Cinayət işinin materiallarında iddia olunur ki, vəkil generalı həbsdən buraxdırmaq adı ilə aldadaraq onun ailəsindən yarım milyon manat pul alıb.

Mövlam Şıxəliyevin ailə üzvləri onun istintaq və məhkəmə dövründə həbsdə olmaması üçün bu pulu verdiyini iddia edir. Yəni bu pul qarşılığında onun barəsində ev dustaqlığı, başqa yerə getməməyə dair iltizam və s. qətimkan tədbirlərindən biri seçilməliydi. Zərərçəkmiş qismində generalın oğlu Elgün Şıxəliyev tanınıb.

General Şıxəliyevlə birlikdə mühakimə olunan, vaxtilə onun tabeliyində çalışmış üç nəfər keçmiş MTN polkovniki - Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərov barəsində hökm çıxarılana qədər həbs-qətimkan tədbiri seçilməmişdi. Baxmayaraq ki, zərərçəkmişlər dəfələrlə onların həbsini tələb edirdi, Bakı Hərbi Məhkəməsinin hakimləri onlar haqqında həbs qərarı vermirdi. Yalnız hökm elan edilənlə onlar məhkəmə zalında həbs olundu.

Əvvəllər 15 saylı Vəkil Bürosunun üzvü olmuş Qəmbərov bir müddət sonra "Mərkəz" Vəkil Bürosunun rəhbəri təyin edilmişdi. O, 2022-ci ilin iyununda DTX əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Qəmbərov elə DTX-nin istintaq təcridxanasında da qalırdı. Avqust ayında o, ev dustaqlığına buraxılıb.
General həbsdən çıxmaq üçün yarım milyon verib? - Vəkilin həbsinin detallarıElçin Qəmbərov

Qəmbərov 2017-ci ildə hüquq müdafiəçisi Leyla Yunus haqqında "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabını çap etdirib. Kitabda vəkili olduğu L.Yunusun həbsdən göndərdiyi şəxsi məktubları, müraciətləri açıqlayıb. O, hüquq müdafiəçisini dostlarına xəyanətdə suçlayıb.

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunus 2014-cü ildə dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanaraq həbs edilib. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib, 2015-ci ilin dekabrında isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb. Onlar daha sonra Niderlanda mühacirət ediblər.

Qəmbərovun adı vaxtilə MTN tərəfindən dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Səid Dadaşbəylinin işində də hallanıb. Dadaşbəylinin həyat yoldaşı iddia edirdi ki, vəkil Qəmbərov onları aldadıb, başqasına çatdırmaq adı ilə pul alıb. Lakin həmin vaxt vəkil onun iddiasını təkzib etmiş, demişdi ki, sadəcə müdafiəçi kimi göstərdiyi xidmətin müqabilində pul alıb, dələduzluqdan söhbət gedə bilməz.

Vəkillər Kollegiyasından "Azadlıq Radiosu"na bildirilib ki, Qəmbərovun həbsindən sonra onun vəkillik fəaliyyəti dayandırılıb: "Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Elçin Qəmbərovun vəkillik fəaliyyəti onun barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb".

Məlumata görə, hazırda general Şıxəliyevin hüquqlarını müdafiə edən vəkil Arzu Cavadov da sözügedən cinayət işi üzrə istintaqa cəlb olunub. Vəkil Cavadov şahid qismində dindirilib. Qəmbərovun rəhbərliyi dövründə də "Mərkəz" Vəkil Bürosunda çalışan Cavadov indi də elə orada işləyir. Cavadovun həm də general Şıxəliyevin qohumu olduğu bildirilir.
General həbsdən çıxmaq üçün yarım milyon verib? - Vəkilin həbsinin detallarıElçin Qəmbərovun oğlu Əli Qəmbərov

Qəmbərovun oğlu da vəkillik fəaliyyəti ilə məşğuldur. "Kredo" Vəkil Bürosunun üzvü olan Əli Qəmbərov hazırda həm də atasının vəkilidir.

Elçin Qəmbərovun ittiham olunduğu CM-nin 178.4 maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. MTN generalları Nizami Şirinov və Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər 2021-ci ilin aprelində cinayət məsuliyyətinə cəlb olunublar. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Uzun illər MTN-nin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Şıxəliyev hökmdən apellyasiya şikayəti verib. Hazırda onun da işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1869   Tarix: 14 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr