Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq

Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi hazırlanacaqAzərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan Sonxeber.az-a verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyədə baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdiyini deyən akademik İsa Həbibbəyli ölkə başçısının göstərişi ilə dövlət qurumlarının operativ iş rejiminə keçdiyini, qardaş ölkəyə xilasedici dəstələr, tibb personalı və yardım üçün lazım olan tibbi ləvazimatların, humanitar yardımların göndərildiyini söyləyib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə zəruri olan dərman və tibbi ləvazimatların göndərildiyini, yardım kampaniyasına sadə vətəndaşlar, dövlət qurumları və ayrı-ayrı təşkilatlarla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin əməkdaşlarının da dəstək verdiklərini deyib.

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Akademiyada operativ müşavirənin keçirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının zəlzələ və onun səbəbləri, dağıdıcı zəlzələlərin yaratdığı fəsadlar, Azərbaycandakı hazırki seysmik vəziyyətlə bağlı ölkə mediasında davamlı olaraq açıqlamalarla çıxışlar etdiklərini və əhalinin maarifləndirilməsi istiqamətində təbliğat işi apardıqlarını söyləyib.

Sonra AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin "Türkiyədə baş vermiş zəlzələlərin ilkin nəticələri və seysmologiya elminin vəzifələri" mövzusunda məruzəsi dinlənilib. O, Türkiyədəki zəlzələlərin dağıntılarının miqyasının böyük olmasının ilk növbədə yeraltı təkanların ardıcıl iki dəfə təkrar olması və uzun müddətli olması ilə əlaqədar olduğunu bildirib.

Eyni zamanda Qurban Yetirmişli rəhbərlik etdiyi mərkəzin ölkə ərazisində fəaliyyət göstərən seysmik stansiyaları, kompleks seysmoloji, geofiziki və geodinamik tədqiqatlar zamanı istifadə olunan elmi metodikalar barədə məlumat verib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seysmik aktiv bölgələrdə yerləşən dövlətlərdə zəlzələyə dayanıqlılıq məsələsinin başlıca problemlərdən biri olduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətdə aparılacaq elmi tədqiqatların problemin həllinə öz töhfəsini verə biləcəyini söyləyib. Həmçinin qeyd edib ki, ölkəmizdə "Seysmologiya" ixtisası üzrə yüksəkixtisaslı kadr hazırlığı işinə diqqət daha da gücləndirilməlidir və bu istiqamətdə doktorantura təhsilinin yaradılmasına da ehtiyac vardır.

Müzakirələrdən sonra Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib.

Sonra AMEA-nın Ümumi yığıncağına hazırlıq barədə məsələ müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq keçmiş SSRİ Elmlər Akademiyasından qalan Ümumi yığıncaqların aprel ayında keçirilməsi ənənəsi ləğv olunub və Rəyasət Heyətinin qərarı ilə Akademiyanın bu il Ümumi yığıncağının mart ayının 16-da keçirilməsinə qərar verilib.

AMEA prezidenti bildirib ki, Azərbaycan elminin və alimlərinin nailiyyətlərini cəmiyyətə daha dolğun çatdırmaq üçün Akademiyanın cari Ümumi yığıncağının formatında dəyişiklik edilib və bir çox yeniliklər nəzərdə tutulub. Ümumi yığıncaqda "AMEA-nın 2022-ci ildə əsas elmi yekunları və qarşıda duran vəzifələr" mövzusunda əsas məruzədən başqa ilk dəfə olaraq müasir texnologiyaların imkanları ilə dəstəklənən "AMEA-da elmi kadrların hazırlanması: mövcud vəziyyət və vəzifələr", "AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış", "AMEA-nın beynəlxalq elmi əməkdaşlıq sahəsində fəaliyyəti", "AMEA-nın nəşriyyat fəaliyyəti və nəşrləri" mövzularında məruzəyə əlavələrin də müzakirəyə çıxarılacağı nəzərə çatdırılıb. Həmçinin ilk dəfə olaraq AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə çatdırılacaq.

Daha sonra geniş müzakirələr aparılıb və AMEA-nın 16 mart 2023-cü il tarixində keçiriləcək Ümumi yığıncağının gündəliyi təsdiqlənib.

İclasda müzakirəyə çıxarılan növbəti məsələlər AMEA-nın elmi müəssisələrində aparılan struktur islahatları haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da idarəetmənin təkmilləşdirilməsi, paralel qurumların aradan qaldırılması, elmi istiqamətlər üzrə mütəxəssislərin vahid mərkəzdə cəmləşdirilməsi məqsədilə struktur islahatları aparılır.

İclasda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin ləğv edilməsi, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin bazasında Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.

Həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya və Biblioqrafiyaşünaslıq şöbələrinin bazasında Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsi yaradılıb, Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsi isə Türkdilli əlyazmaların tədqiqi şöbəsi adlandırılıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə "Qorqud" ansamblının da fəaliyyətinə xitam verilib.

Eyni zamanda müvafiq elmi-tədqiqat institutlarının təqdimatları nəzərə alınaraq AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin Azərbaycanın e.ə. IV – e. VII əsrinin ortaları tarixi şöbəsi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda isə Son Neolit və Xalkolit (Eneolit) dövrü arxeologiyası şöbəsinin isə Neolit-Eneolit dövrü arxeologiyası adlandırılması barədə qərar qəbul olunub.

Sonra Akademiyanın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimov AMEA-nın "İlin gənc alimi" mükafatının verilməsi haqqında Əsasnaməni Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırıb. Müzakirələrdən sonra təkliflər nəzərə alınmaqla əsasnamə təsdiq edilib.

İclasda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik və Azərbaycan ədəbiyyatşünaslıq və folklorşünaslıq elminin inkişafında mühüm xidmətləri olan AMEA-nın müxbir üzvü Kamran Əliyevin 70 illik yubileyi haqqında qərarlar qəbul olunub.

Sonra AMEA-nın Rəyasət Heyəti aparatının "Elektron Akademiya" şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov rəhbərlik etdiyi şöbənin prioritetləri və vəzifələri haqqında çıxış edib. Bildirib ki, "Elektron Akademiya" şöbəsi Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən olan elektron idarəetmənin formalaşdırılması, rəqəmsal transformasiyalar, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi sahəsində fəaliyyət göstərəcəkdir.

AMEA Rəyasət Heyətinin iclasındakı müzakirələrdə akademiklər Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Telman Əliyev, Əli Abbasov, Adil Qəribov, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri Misir Mərdanov, İslam Mustafayev, Ərtegin Salamzadə və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1601   Tarix: 15 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan-Ukrayna əməkdaşlığı inkişafdadır

Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə, etimada və strateji baxışa əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. İki ölkə arasındakı əlaqələr təkcə siyasi-iqtisadi münasibətlər çərçivəsində deyil, eyni zamanda xalqlar arasında humanitar yaxınlaşma və qarşılıqlı dəstək müstəvisində də inkişa

26 aprel
.

Azərbaycanda internet BAHALAŞDI - YENİ QİYMƏT

Bəzi mobil operatorlar internet paketlərinin qiymətlərinə artım tətbiq edib. Məsələn, 11 manatlıq paketlərin 13 manata yüksəldiyi bildirilir. Eyni zamanda, sabit internet tariflərinin də bahalaşacağı ilə bağlı iddialar yayılıb. Qiymət artımının səbəbi nədir?. -a danışan "ITStation" şirkətini

25 aprel
.

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

Xanımı Nərgiz aparıcı Cavid Güllə tanışlıqları haqda sualı cavablandırıb. Axşam.az xəbər verir ki, izləyicilərinin sualını cavablandıran Nərgiz restoranda tanış olduqlarını bildirib:. "Cavidlə tanışlığımız haqqında çox soruşursunuz, ona görə qərara gəldim ki, daha ətraflı yazım. 2019-cu il idi

25 aprel
.

Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?

Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də, mütəxəssislər qaydanın tətbiqi zamanı yaranacaq tibbi, hüquqi və mənəvi problemlər barədə xəbərdarlıq edirlər. Hazırda ölkəmizdə nikaha daxi

25 aprel
.

Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO

Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Baku TV-nin məlumatına görə, Coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun "həyatının" əsas göstəricisidir. Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətində

26 aprel
.

DİQQƏT! Aprelin 27-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Sabaha gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, aprelin 27-də günün ikinci yarısından 28-i axşamadək güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir

26 aprel
.

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlı

26 aprel
.

Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"

Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açı

25 aprel
.

Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 12:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa

25 aprel