"Ermənistan bizim şərtlərimizlə hazırlanan sülh müqaviləsini imzalamağa məcburdur" - DEPUTAT
Xəbər verdiyimiz kimi Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altmış yeddi gündür davam edir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, 67 gündür ki, dünya Azərbaycan xalqının iradəsini və vətənə olan bağlılığını bir daha gördü:
"Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər. Əvvəl Ermənistan tərəfi və Rusiya sülhməramlıları düşündülər ki, bir neçə gündən sonra oradakı soyuğa dözə bilməyən aksiya iştirakçıları geri çəkiləcək. Ancaq 67 gündür ki, gənclərimiz əsil vətənpərvərlik nümunəsi göstərərək dünyaya sübut etdilər ki, torpaqlarımızın bir qarışını güzəştə getmədiyimiz kimi ekoloji sərvətlərimizi düşmənə verməyəcəyik".
Deputat vurğulayıb ki, təəssüf ki, Ermənistan və onun havadarların 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətlərindən hələ də dərs çıxarmayıblar:
"Tarix boyu Azərbaycan xalqına qarşı müxtəlif qətllər, soyqırımılar törədən erməni vandalları, 30 il ərzində işğal etdikləri torpaqlarımızda müxtəlif vəhşiliklər, ekoloji terrorlar törədiblər. Təəssüf ki, bu günə kimi dünya, eləcə də Rusiya sülhməramlıları erməni vəhşiliklərini görməməzlikdən gəlir. Necə ki, 30 il ərzində torpaqlarımızın işğalına göz yumduqları kimi. 44 günlük Vətən müharibəsində Azərbaycan öz gücünə ədaləti bərpa edərək işğala son qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycanın Müzəffər Ordusu düşməni döyüş meydanında məhv edərək Qarabağı öz sahibinə geri qaytardı. Bu gün danışıqlar masasında yalnız Azərbaycanın diqtəsi və şərtləridir. Ermənistan bizim şərtlərimizlə hazırlanan sülh müqaviləsini imzalamağa məcburdur. Sülh müqaviləsindən imtina Ermənistanın bir ölkə kimi yox olması deməkdir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1535 Tarix: 16 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrMənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr