"Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq platformada erməni yalanlarını ifşa etdi" - DEPUTAT

"Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq platformada erməni yalanlarını ifşa etdi" - DEPUTAT"Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda Ermənistanın baş naziri Paşinyan növbəti dəfə saxtakarlıq edərək Azərbaycan həqiqətlərini təhrif etməyə, Azərbaycanı günahlandırmağa çalışdı. Prezident İlham Əliyev isə Paşinyanın ittihamlarına tutarlı cavablar verdi. Paşinyanın çıxışında Azərbaycanı keçmiş Qarabağ münaqişəsini dini zəmində münaqişə kimi təqdim etməkdə günahlandırmağa çalışdı. Əslində isə Qərbdə Qarabağ münaqişəsini dini zəmində münaqişə kimi təqdim etməyə çalışan məhz Ermənistandır. Uzun illərdir Ermənistan Qərbdə xristian ölkəsi olduğu üçün bölgədə müsəlman Azərbaycanlıların təqibinə məruz qaldığını iddia edir və bununla xristian Qərb dövlətlərinin və həmin ölkələrin xristian əhalisinin dəstəyini qazanmağa çalışır. Ermənistanın Azərbaycanı bu məsələdə günahlandırması növbəti riyakarlıqdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin ermənilərin Qarabağda 67 məscidi barbarcasına dağıtması ilə bağlı səsləndirdiyi faktlara Paşinyanın cavabına gəldikdə isə bu məsələdə də Paşinyan riyakarlığa yol verərək məscid və kilsələrin sovet dövründə dağıdıldığını bildirərək, Ermənistanda müsəlman azlıqlar üçün şərait yaradıldığını iddia etdi.

"Əslində isə reallıq ondan ibarətdir ki, Ermənistan təkcə məscidlərimizi dağıtmayıb, onların içərisində donuz və inək saxlayıb. Ermənilər təkcə məscidləri deyil, alban kilsələri də vəhşicəsinə dağıdıblar. Beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün isə Şuşada və İrəvanda bir Azərbaycan məscidini təmir edərək dünyaya fars məscidi kimi təqdim etməyə çalışıb. Bakının mərkəzində isə bu gün erməni kilsəsi Azərbaycan dövləti tərəfindən içərisində 5000 ədəbiyyatla mühafizə olunur. Paşinyan nə deməyindən asılı olmayaraq reallıq bundan ibarətdir. Yekunda qeyd etmək lazımdır Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq platformada Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1601   Tarix: 20 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr