Kompüter oyunları gələcəyimizi necə məhv edir?

Kompüter oyunları gələcəyimizi necə məhv edir?Kompüter oyunlarının nə olduğunu hamı bilsə də, mahiyyəti və zərərlərini az adam ciddiyə alır. Mütəxəssislər kompüter oyunlarının heç də oyun olmadığını irəli sürür. Onların fikrincə, bildiyimiz oyun uşaqların təcrübə ilə öyrəndikləri, öz sərhədlərini çəkdikləri, qaydaları özləri təyin etdikləri və təbii öyrənmə mühiti yaratdıqları faydalı bir hərəkətdir.

Bu həm uşağı sevindirir, həm də onlarla ünsiyyət qurmaq üçün vacib bir fəaliyyətdir.

Ancaq kompüterdə, planşetdə, telefonda və ya onun törəmələrində oynanan video oyunları bütün bu müsbətlərdən kənardır. Əksinə, virtual mühitdə, başqalarının cızdığı sərhədlər daxilində həyata keçirilən faydasız bir hərəkətdir.

Qeyd edək ki, kompüter oyunları sadəcə uşaqların deyil, böyüklərin də problemidir. Oyunlara aludə olmuş yetkin fərd şəxsi, ailə, akademik, maliyyə və peşəkar sahələrdə problemlər yaşaya bilər. Bu aludəçilik hətta insanın tənhalığı və sosial əlaqələr baxımından qəribə olaraq xarakterizə edilə bilən davranışlarla nəticələnə bilər. Asılılığın dərəcəsi artdıqda, piylənmədən tutmuş yuxu pozğunluğuna qədər bir çox xəstəliklər də sağlamlığı təhdid edir.

Maraqlı bir fakta nəzər salaq. Qonşu Türkiyədə 2018-ci ildə kompüter oyunları üçün qeydiyyatdan keçənlərin sayı 30 milyona çatıb. Həmin ildə bu oyunlara xərclənən məbləğ 5 milyard lirəni keçib.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, bu həm ailə büdcəsinə, həm də ölkə iqtisadiyyatına ziyan vurur. Hətta çox uzun müddət kompüter oyunları oynamaq ölümlə nəticələnə bilir. Uşaqları intihara sürükləyən sözdə oyunlar var. İnternetdə qurulan dostluqlar uşaqları yanlış mühitlərə sürükləyə bilər. Bu mühitlərdə hətta dərmanlar da satıla bilər. Bizim ölkədə kompüter oyunları üçün nə qədər pul xərcləndiyinin statistikası olmasa da, internet-kafelər dolub-daşır. Həm böyüklər, həm uşaqlar təhlükəli oldu-olmadı oyun aludəçisinə çevrilə bilirlər.

Mövzu ilə bağlı Bizim.media-ya danışan İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov bildirib ki, internetdə şirnikləndirici oyunların qurbanı olmamaq üçün, ümumiyyətlə, bu cür oyunlardan uzaq durmaq vacibdir:

Bu, böyüklərə də aiddir, kiçiklərə də. Uşaqlara valideynləri, himayədarları nəzarət etməli, onları həmin oyunların neqativ nəticələri barədə xəbərdar etməlidirlər. Valideynlərin özlərini də maarifləndirmək lazımdır ki, özlərinə və uşaqlarına nəzarət edə bilsinlər. Ən sadə yolu budur. Bilməyənlər bilənlərdən soruşsunlar. Doğrudur, bu cür oyunlar lisenziyalı ola bilər. Amma bunu hər kəs müəyyən etmək iqtidarında deyil. Hətta lisenziyalı, saxta olmayan oyunlarda da udmaq şansı çox cüzi olur. Ona görə də belə oyunlara vaxt və pul sərf etməyi heç kimə məsləhət görmürəm".

Şöbə müdiri onu da əlavə edib ki, indi satışda süzgəc funksiyasını yerinə yetirən müxtəlif proqramlar var:

"Antivirus proqramlarında da belə funksiyalar olur. Valideynlər bu cür texnoloji imkanlardan istifadə etməklə uşaqlarını qoruya bilərlər".

Onu da qeyd edək ki, bu məsələdə yalnız ailələr tərəfindən görülən tədbirlər həmişə uğurlu olmaya bilər. Dövlət qurumları da bununla bağlı nəzarət addımları atmalıdır. Bir çox ölkələr bu istiqamətdə addımlar atıblar. Məsələn, bəlli bir saatlarda oynanmasına icazə verilə bilər. Bundan əlavə, Elm və Təhsil Nazirliyi fəal ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 981   Tarix: 20 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr