"Türkiyə bizim qardaşımızdır, orda baş verən hadisələrə həssaslıqla yanaşırıq" - DEPUTAT

"Türkiyə bizim qardaşımızdır, orda baş verən hadisələrə həssaslıqla yanaşırıq" - DEPUTAT"Türkiyədə baş verən zəlzələ hamımızı dərindən sarsıtdı. Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında oldu və öz dəstəyimizi, həmrəyliyimizi əməli formada nümayiş etdirdik. Cənab ilham Əliyevin Türkiyə səfirliyinə başsağlığı ziyarəti zamanı dediyi kimi, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Bu gün də şəxsən cənab Preizdentin və Mehriban xanım Əliyevanın rəhbərliyi və şəxsi nəzarəti altında dövlət strukturları, xüsusən, Heydər Əliyev Fondu, o cümlədən imkan daxilində xalqımızın hər bir fərdi qardaş Türkiyənin acısını əməli olaraq bölüşür, əhəmiyyətli yardımlarını davam edir.Məlumdur ki, Türkiyədə zəlzələ siyasi proseslərin ən qızğın çağında baş verdi və Qərb informasiya maşını da bu fəlakətə ciddi fürsət kimi baxmağa başlayıb. Türkiyənin mövcud iqtidarına qarşı ciddi kampaniya aparılmaqdadır və xüsusən sosial mediada vəziyyət xoşagəlməz hal alıb. Əlbəttə Türkiyədə partiyalararası rəqabət, siyasi mübarizə, seçkilər, bu qardaş dövlətin özünün daxili işidir, mövcud siyasi iqtidarı hakimiyyətdə saxlayıb saxlamamaq yalnız və yalnız Türkiyə xalqın suveren hüquqdur".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, amma təəccüblüdür ki, Azərbaycanda bəzi siyasi qüvvələr və bəzi vətəndaşlar özünü Türkiyədə siyasi prosesin tərkib hissəsi, hərəkətverici qüvvəsi kimi aparmağa, sanki Türkiyədə siyasi proseslərdə iştirak hüququ varmış kimi davranmağa başlayıb.

"Türkiyə bizim qardaşımızdır, orada baş verənləri həssaslıqla izləyirik, Türkiyənin gücünü qoruması və daha da güclənməsi bizim arzumuzdur. Amma Türkiyədə hansı iqtidar necə fəaliyyət göstəriri bunun qiymətini Türk xalqı verə bilər. Azərbaycan vətəndaşı üçün istənilən Türkiyə iqtidarı yalnız Azərbaycana münasibəti ilə dəyərləndirilməlidir. Rəcəb Ərdoğan ən çətin dönəmlərdə bizimlə olub, Vətən müharibəsində siyasi-diplomatik mübarizədə cənab İlham Əliyevlə çiyin-çiyinə savaşıb.Bir dönəmlər əhalinin təxliyyəsi üçün prezident Əbülfəz Əliyevə 2 helikopter verməyən Türkiyə iqtidarlarından fərqli olaraq, Ərdoğan hakimiyyəti varlığı ilə yanımızdadır. Məsələn, terror dövləti İranın Arazboyu təlimlərinə cavab olaraq Türkiyə çəkinmədən bizimlə həmin ərazilərdə böyük bir təlim keçirdi.Bu mənada Azərbaycan vətəndaşı danışanda Qərb informasiya maşınının ifrazına, yaxud Azərbaycan daxilində Sorosun muzdlularına yox, milli maraqlarımıza istinad etməlidir.Qərbin təlqin etdiyi heç bir dəyər, heç bir göstərici bizim üçün milli maraqlarımızdan üstün deyil, ola da bilməz. Bu maraqlar üçün bu xalq qan töküb, can verib. Ona görə də vətəndaşlarımızı belə məsələlərdə həssas olmağa çağırıram".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1168   Tarix: 21 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr