Bu tarixdən qış soyuqları gəlir - HAVA XƏBƏRDARLIĞI
Bu həftənin ortalarında qış soyuğu olacaq.
Sonxeber.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O qeyd edib ki, hər il Bakıda Su çərşənbəsində fərqli hava müşahidə olunur, illər bir-birinə bənzəmir:
"Bunu elə son 10 ilin statistikasında görmək olar. Bəzən il arası fərqlər 20 dərəcəyə yaxınlaşır. Məsələn, əgər 2017-ci ilin Su çərşənbəsində 2 dərəcə şaxta olubsa, 2020-ci ildə 18 dərəcə isti qeydə alınıb".
Umayra Tağıyeva qeyd edib ki, ilk tonqalın su çərşənbəsində qalanması buzların əriməsinin, qışın arxada qalmasının göstəricisidir. Amma bu il fevral ayı son ongünlüyündə də öz "mövqeyini əldən vermir".
"Elə bu həftənin ortalarında qısa müddətə qış soyuğu hiss olunacaq, qar yağıntısı bir çox bölgələrimizi əhatə edəcək. Abşeron yarımadasında fevralın 23-ü axşamdan başlayan yağıntının 24-də sulu qara keçəcəyi gözlənilir. Lakin axşama doğru yağıntı tədricən kəsiləcək. Havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq", o deyib.
Xidmət rəisi Su çərşənbəsində respublikanın çaylarında sululuq haqqında da məlumat verib.
"Qışda ümumiyyətlə çaylarda aşağı sululuq olur, dağlarda mənfi temperatur və yağıntı qar şəklində olduğu üçün bəzi çayların mənbəyi donur. Belə ki, Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 73, Lənkəran-Astara bölgəsi çaylarında isə 26 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsində digər ərazilərlə müqayisədə bu il daha çox yağıntı müşahidə olunub ki, bu da çayların sululuğuna təsir edib. Hazırda bölgənin əsas çaylarında sululuq ongünlük normanın 147 faizini təşkil edir. Kür-Qıraqkəsəmən məntəqəsində sululuq ongünlük normanın 76 faizini, Qanıx-Cəlayir məntəqəsində isə 33 faizini təşkil edir".
Umayra Tağıyeva dünyada su qıtlığının müşahidə olunduğu bir vaxtda hər kəsi sudan maksimum qənaətlə istifadə etməyə çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva