Estoniya parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Estoniya parlamentinin (Riigikogu) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Ölkəmizin Estoniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bəyanatda Estoniya-Azərbaycan Parlament Qrupu tərəfindən Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilib.
Bəyanatda deyilir: "Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 600-dən çox günahsız dinc sakinin, o cümlədən çoxlu uşaq, qadın və yaşlının qətlə yetirildiyi Xocalı qətliamını qətiyyətlə pisləyirik. Bu kütləvi qətlin səbəbkarları ədalət qarşısında cavab verməlidirlər.
İnanırıq ki, regionun bütün ölkələrinin suverenliyi və ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz Azərbaycan Respublikasının regionun yenidən qurulmasında göstərdiyi səylərini dəstəkləyir və müxtəlif icmaları davamlı sülh və inteqrasiyaya nail olmaq üçün sıx əməkdaşlıq etməyə çağırırıq".
Bəyanat Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester, sədr müavini Mixail Korb, qrupun üzvləri İqor Kravçenko, Aadu Must, Heljo Pikhof, Erki Savisaar, Aivar Soerd və Raivo Tamm tərəfindən imzalanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 943 Tarix: 21 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrBu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
8 noyabr