157 saylı məktəbdə Ana Dilimizə həsr olunan tədbir keçirilib - FOTOLAR
Bu gün bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Ölkəmizdə də bu gün bir çox təhsil müəssisələrində qeyd olunur və Azərbaycan dilinin əhəmiyyəti vurğulanır.
Sonxeber.az xəbər verir ki, dilimizə həsr olunan tədbirlərdən biri də Binəqədi rayonu Famil İsgəndərov adına 157 saylı tam orta məktəbdə keçirilib.
Belə ki, "7b" sinif şagirdləri sinif rəhbəri Maya İsrafilovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan dili haqqında məlumatları səsləndirib, şeir deyib, mahnı oxuyub, səhnəcik qurublar.
Dövlət himni ilə başlanılan tədbirdə Vətən uğrunda şəhid olan igidlərimiz də bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər M. Müşfiq, B .Vahabzadə, H. Cavid kimi görkəmli şairlərimizin əsərlərindən oxuyublar.
Burada dilin hər bir millətin maddi və mənəvi irsinin qorunması və inkişafında, insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rolu vurğulanıb.
Sonda tədbirin təşkilində göstərdiyi dəstəyə görə məktəbin direktoru Fatma İbrahimovaya və gələn qonaqlara təşəkkür bildirilib.
Həmin tədbirdən fotoları təqdim edirik:














Natəvan Baxşiyeva
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1767 Tarix: 21 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrBu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
8 noyabr