Aktyorlardan vida mərasiminin teatrda olmamasına ETİRAZ
Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra ötən gün 67 yaşında dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, aktyorla vida mərasiminin Akademik Milli Dram Teatrında keçiriləcəyi deyilsə də, daha sonra məkan dəyişib. Sənət dostları mərhumla vidalaşmaq üçün onun evinə yığışıb. Bu isə bir çox aktyorun narazılığına səbəb olub.
Xalq artisti Əli Nur Ramiz Novruzla vida mərasiminin teatrda keçirilməməsini tənqid edib:
"Ramiz Novruzun vəfatı teatr üçün faciədir. Ədil İsgəndərovun tələbəsi olub. Ramiz Novruz, Nürəddin Mehdixanlı, Firəngiz Mütəllimova, İlham Əsgərov, Zemfira Nərimanova, Telman Adıgözəlov, Bəsti Cəfərova teatra yeni ab-hava gətirdilər. Plastika gətirdilər. Akademik Milli Dram Teatrını çiynində aparıb. Həzi Aslanov obrazı yaradan insandır. Baş sütundur. Onu belə dəfn etməyi qəbul etmirəm. Vaxt var idi Akademik Milli Dram Teatrında Əməkdar artistləri çiynimizdə aparıb dəfn edirdik. Azərbaycanın Xalq artistidir, xalqın ən sevimli, böyük aktyorudur. İntelekti ilə fərqlənib. Sənət dostları yığışın, vidalaşın, ürəyinizdən keçənləri deyin. Ramiz Novruzdan böyük aktyorumuz yoxdur".
Əməkdar artist Sevinc Əliyeva isə teatrlarda aktyorlarla vida mərasiminin keçirilməsinin qadağan olunduğunu deyib:
"Aktyora qiymət vermirlər, evindən götürürlər. O, Xalq artistidir, onu teatrdan götürmək lazım idi. Nə qədər sevəni teatrın qarşısına yığışmışdı. Tamaşçılar qapının ağzında durmuşdular. Aktyorları dünyasını dəyişəndə teatrdan götürməyi qadağan ediblər. Nə üçün? Bu, ciddi məsələdir. Hər bir aktyora qarşı bunu etmək olmaz. Xüsusi qurumlardan xahiş edirəm ki, bir yer ayrılsın ki, tamaşaçısı dünyasını dəyişən aktyorla vidalaşa bilsin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2331 Tarix: 21 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrBu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
8 noyabr