Tanınmış prodüser və telejurnalistin anası vəfat etdi - Daha bir həkim səhlənkarlığı - FOTO
Tanınmış prodüser və telejurnalist Zaur Əliyevin anası vəfat edib.
Azmedia.Az bildirir ki, Rəna Bayramqızı, uzun illər Lider Tv-də yayımlanan "Sağlam Nəsil" verilişinin aparıcısı olub.
Qeyd edək ki, Rəna xanım hazırda ölkədə tanınmış klinikalardan biri olan "Ege Hospital"da dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə o, həkim səhlənkarlığının qurbanı olub.
Məlumata görə o, 20 fevral tarixində özü xəstəxanaya müraciət edərək, müayinələrdən keçib və öz ayağı ilə xəstəxanaya yatıb, 2 gün sonra isə həkimlər xəstə yaxınlarına xəbər edib ki, "Xəstəniz komaya düşdü". Bu gün isə dünyasını dəyişdiyi bildirilib.
Burada belə bir sual yaranır. Öz ayağı ilə xəstəxanaya gələn xəstə, danışığı, şüuru yerində olan bir insan, necə komaya düşə bilər??
Xəstənin yaxınlarına bu acı xəbər bəs etmirmiş kimi, komada olarkən ikinci şoku da yaşadıblar. Xəstəxana işçiləri qeyd edib ki, ya qalan ödənişi tamamlayın, ödəyin, ya da xəstənizi götürün aparın.
Xəstə yaxınları sağlam şəkildə öz ayaqları ilə gələn birinin komaya düşüb, həyatını itirməsinimi düşünsün, yoxsa sadəcə əmrə tabe olan səhlənkar həkim və klinika işçilərinimi?
Eyni zamanda xəstə ilə birbaşa maraqlanmalı olan həkim nefroloq Barat Yusubov da hadisəyə və xəstəsinə biganə yanaşıb, saatlardır xəstəyə baş çəkməsi gözlənilən şəxs sanki qeyb olub, zənglərə cavab vermir.
Yaxınlarının tələbi budur ki, bu məsələ aydınlaşdırılsın və günahkar olan kəslər cəzasını hüquq müstəvisində alsın.
Qeyd edək ki, sevilən aparıcı, psixoloq, pedaqoq Rəna Bayramqızı kimsəsiz, uşaqlar evində böyüyən yetim uşaqlara daim yardım etmiş, hər zaman sosial layihələr təşkil edərək, imkansız ailələrə dəstək olmuşdur.
Rəna xanımın oğlu, Z.Əliyev "ANS", "ATV", "ARB" və "Lider" TV"də bir çox reytinqli televiziya layihələrinin rəhbəri, "Lider TV" nin baş prodüseri, "Səda səhər" verlişinin aparıcısı olub. Eyni zamanda ölkəmizin populyar onlayn media resurslarından olan Azmedia.Az portalının rəhbəridir. O, efir məkanında və informasiya mühitində innovativ layihələri ilə diqqət çəkməyi bacarıb. "Texnopark" verlişi ilə çoxmilyonluq tamaşaçıların rəğbətini qazanıb.
Allah rəhmət etsin!










Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva