Gözümün önündə qardaşımın boğazından və ürəyindən vuraraq qətlə yetirdilər...
1992-ci il fevralın 25-dən 26-a keçən gecə - Xocalı faciəsində insanların yarısı meşəyə, yarısı isə Qarqar çayının sahili boyu qaçırdılar. Mən atamı çaydan keçirdim, amma o, getmək istəmədiyini bildirirdi. Çünki qardaşım Namiq yox idi. O, başqa postda idi. Xeyli gözlədik, lakin Namiq gəlib çıxmadı. Bir az keçmiş bacımın həyat yoldaşı gəlib dedi ki, camaat gəlir. Atam da bacımgili gözlədi. Qərara gəldik ki, kütləvi şəkildə yox, bölüşüb hissə-hissə gedək. Gölün bir tərəfi ilə mən ailəmlə və bir neçə nəfərlə bərabər, o biri tərəfi ilə isə atamgil getdilər. Gölün başında birləşməli idik. Birləşəndə gördüm ki, atam yoxdur. Dedilər ki, atan bacını, qardaşını gözlədiyi üçün bizimlə gəlmədi. Hava soyuq, qar isə dizdən idi. Təxminən 60-70 nəfər qarın içərisində meşə boyu yuxarı irəlilədik. Xeyli qalxdıq və birdən ermənilərlə rastlaşdıq. Atəş açmağa başladılar, bizimkilərdən bir neçə nəfər həlak oldu və ya yaralandı, qalanları meşəyə səpələndi. Oğlum Sirac bir tərəfə, mən başqa tərəfə yuvarlandıq.
Bu sözləri AZƏRTAC-a xüsusi müsahibəsində faciə şahidi, əsir düşərək erməni vandallarının ağır işgəncələrinə məruz qalmış Yaşar Əliməmmədov söyləyib.
Faciə şahidi Yaşar Əliməmmədov başına gələn müsibətləri, gördüyü dəhşətli səhnələri danışdıqca gözləri dolur, kövrəlir, dərdi təzələnirdi: "Atam, qayınatam, qardaşlarım Faiq, Namiq və 6 yaşlı oğlum Siracla erməni əsirliyinə düşmüşdük. O vaxt oğlumun gözü qarşısında mənə işgəncələr verirdilər. Oğlum Sirac ağlayaraq deyirdi ki, "ay ermənilər atamı öldürməyin". Biz səkkiz gün erməni əsirliyində qaldıq. Günün müxtəlif saatlarında həm mənə, həm də oğluma əzab-əziyyət verirdilər. Gözümün önündə insanlar öldürülür, başının dərisi soyulur, yandırılırdı. Əllərimiz bağlı köməksiz halda bu səhnələri görmək dəhşət idi. Orada mənə çox əzab verdilər. Avtomatın qundağı, dubinka, dəmir parçası ilə elə vururdular ki, huşumuzu itirirdik. Hər dəfə mənə işgəncə verəndə oğlum qaçıb ağlaya-ağlaya üstümə uzanırdı ki, atama dəyməyin, vurmayın. Qətiyyən veclərinə almırdılar. Burnumu vurub qırdılar, qolumu yandırdılar, barmaqlarımı sındırdılar. Əllərimi qabağa verib Siracı qoruyurdum ki, uşağa zərbə dəyməsin. Qollarıma, ayaqlarıma o qədər vurmuşdular ki, tamam keyimişdim. Ayaqlarımızı isə don vurmuşdu. Avtomatı tuşlayıb 4 saat bir ayaq üstə saxlayırdılar. Başımdan yerə basıb deyirdilər ki, torpaq istəyirdin bu da torpaq, indi ye torpağı. İşgəncəyə dözməkdənsə ölməyi arzulayırdım. Oğlum Siracı əlimdən almaq istəyirdilər. Mən isə onu bərk-bərk qucaqlayıb vermək istəmirdim. Yaşadığımız faciə Xocalı soyqırımının qanlı nümunələrindəndir".
Qardaşı Faiq Əliməmmədovun müdafiə batalyonunun döyüşçüsü olduğunu vurğulayan faciə şahidi çox ağır günlər yaşadığını vurğulayıb: "Ermənilər qardaşıma əziyyət edərək "Qarabağ ermənilərindir" deməsini istəyirdilər. Amma qardaşım "Qarabağ Azərbaycandır" şüarlarını səsləndirirdi. O çox dirəndi. Oğlumla mənim gözümün qarşısında qardaşımın boğazından və ürəyindən tapança ilə vuraraq qətlə yetirdilər. Digər qardaşım Namiq rus dilini bildiyi üçün Əsgəran rayonunun katibi onu özünə sürücü götürmüşdü. Ermənilər onu yaxşı tanıyırdılar. Buna görə də gəlib onu bizim olduğumuz yerdən apardılar. Namiq itkin düşüb. İndiyədək onun taleyindən heç bir xəbər yoxdur.
Oğlum Sirac yaşayır, amma çox ağır travmalar alıb. Mən nə qədər danışsam belə həmin əzablı günlərin necə ağır keçdiyini anlada bilmərəm. Xocalı çox dəhşətli günlər yaşadı. Xocalılılar çox əziyyət çəkdilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva