Xocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEO

Xocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEOHaqqında məlumat verəcəyimiz şəkillər 31 il bundan əvvəl Xocalı faciəsindən cəmi üç gün sonra elə Xocalıda fotolentin yaddaşına köçürülüb. Onda artıq ermənilər öz havadarlarının köməkliyi ilə azərbaycanlılara qarşı əsrin faciəsini törətmişdilər, lakin bu, son deyildi. Axı, kimin ağılına gələrdi ki, bu insan qanına susamış cəlladlar, həm də Xocalını yer üzündən birdəfəlik silmək niyyətində idilər. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Deməli, erməni cəlladları Xocalıda təkcə günahsız insanları öldürmədilər, həm də bu yurdun daşını-daş üstə qoymadılar. Bunu Xocalı soyqırımından 72 saat sonra çəkilmiş fotolar da təsdiq edir.

Bu nadir fotoşəkilləri AZƏRTAC-a texnika elmləri doktoru, professor, Əməkdar mühəndis, AMEA Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi Fuad Hacızadə təqdim edib və bununla bağlı geniş məlumat verib.

1991-2007-ci illərdə Ekologiya İnstitutunun direktoru olmuş həmsöhbətimiz o günləri belə xatırlayır: "Xocalıdakı çəkilişlər Müdafiə Nazirliyinin tapşırığı əsasında aparıldı. O vaxt Ekologiya İnstitutu Milli Aerokosmik Agentliyinin (MAKA) nəzdində fəaliyyət göstərirdi. Demək olar ki, respublikada bütün aerofotoçəkiliş işləri bizə həvalə olunmuşdu. Biz bu təklifi araşdırdıq və bildirdik ki, helikopterlə adi fotoaparatla bu şəkilləri çəkmək daha faydalı, tez və operativ olar. Ona görə də Müdafiə Nazirliyindən bizə helikopter verildi. Həmin gün hərbi helikopterdə üç nəfər idik. O dəhşəti helikopterin pəncərəsindən görəndə nitqimiz tutuldu. O vəhşiliyə ad vermək qeyri-mümkün idi...".

F.Hacızadə deyib ki, həmin vaxtı şəhərin bir neçə rakursdan şəkillərini çəkiblər: "Çəkiliş aparmaq təhlükəli olduğundan biz əsasən vacib məqamları lentə ala bildik, çünki düşmən hər an helikopteri vura bilərdi. Saat yarım ərzində müəyyən çəkilişlər apardıq və qayıdandan sonra mövcud laboratoriyamızda həmin şəkilləri çap etdik. O şəkillərin bir hissəsi Müdafiə Nazirliyinə verildi, qalan şəkilləri özümüzdə saxladıq və bu şəkillər o vaxtdan bəri heç bir yerdə göstərilməyib".

Alim bildirib ki, bu fotoşəkillərin çəkilməsinin əsas məqsədi ermənilərin Xocalıda törətdikləri vəhşilikləri, eləcə də dağıntıları aşkar etmək və gələcəkdə sübut kimi göstərmək idi.

O zaman keçirdiyi hissləri sözlə ifadə etməyin çətin olduğunu söyləyən həmsöhbətimiz deyib ki, çəkilişlər zamanı Xocalıda ermənilər tərəfindən böyük dağıntıların şahidi olublar. "Mənfur düşmən bir tərəfdən bizim vətəndaşlarımızı soyqırımına məruz qoymuşdu, digər tərəfdən isə binaları, evləri, məktəbləri dağıtmışdı. Bütün bunlar eyni vaxtda qəddarlıqla, amansızlıqla aparılmışdı. Bəzi yerlərdə artıq binalar tamamilə dağıdılmışdı. Dağıntıların miqyası olduqca böyük idi. Açığını deyim ki, hər dəfə o günlərə qaydanda əzab çəkirdim. Lakin 2020-ci ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Qələbəsindən sonra toxtaqlıq tapmışam. Tarixi Qələbəmizdən sonra bu fotoşəkillərin yayılmasını düşünürdüm. Bu düşüncə məni AZƏRTAC-a gətirib çıxartdı", - deyə o vurğulayıb.

Fuad Hacızadənin sözlərinə görə, azərbaycanlıların Xocalıda çəkiliş aparacağı erməni hərbi birləşmələri üçün də gözlənilməz olub. Yoxsa buna imkan verməzdilər: "Biz əraziyə qəfil daxil oduq, şəkilləri çəkib tez də geri qayıtdıq. Xocalıdan geriyə qalan 10 şəkil şəhərin planlı şəkildə yer üzündən silinməsinə bu gün şahidlik edir".

Xocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEOXocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEOXocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEOXocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEOXocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEOXocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEOXocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEOXocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEOXocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEOXocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər - FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2121   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr