Veteran müəllim: "Şagirdlərimə Vətən müharibəsi ilə bağlı həm də şahid kimi danışıram"

Veteran müəllim: "Şagirdlərimə Vətən müharibəsi ilə bağlı həm də şahid kimi danışıram"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində soyqırımı törədilib. Soyqırımı nəticəsində 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Azərbaycan xalqı heç zaman həmin faciəni və insanların başına gətirilən dəhşətləri unutmayıb və unutmayacaq. Xalq oğullarını unutmadığını 44 günlük Vətən müharibəsində də sübut edib. Azərbaycanın igid və qəhrəman oğulları işğal altında olan torpaqlarımızı canı və qanı bahasına olsa belə geri qaytardı, Xocalının qisasını aldı. Həmin igidlərdən biri də Vətən mübaribəsi iştirakçısı, Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Elvin Mirabbaszadə olub.

E.Mirabbaszadə "Report"a açıqlamasında Aprel döyüşlərinin də iştirakçısı olduğunu söyləyib.

Qəhrəman müəllim Tovuz döyüşləri zamanı müharibə olarsa, ordu sıralarında döyüşmək üçün könüllü olaraq yazılıbmış. O, Tovuz döyüşlərində general Polad Həşimovun itkisinin çox ağır təsir etdiyini bildirib. Buna görə də torpaqlarımızın geri qaytarılmasında və şəhidlərimizin qisasının alınmasında payının olmasını arzulayıb:

"Elə oldu ki, sentyabrın 27-də müharibə başladı. Həmin dönəmdə mən liseylərdən birində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərirdim. Ayın 28-i mənə çağırış gəldi. Artıq ayın 29-da ön xəttə yollandıq və qısa müddətdə təlimlərdə iştirak etdik. Təlimlərdən sonra artıq bizim istiqamətlərimiz bəlli oldu. Biz əvvəlcə Goranboy və Tərtərin Barambat meşəsi adlanan ərazisində yerləşdik. Əmr gəldikdən sonra isə Talış və Suqovuşan istiqamətinə getdik. Cəbhədə ilk alınan postlara yerləşir və oranın mühafizəsini təşkil edirdik".

Vətən mübaribəsi iştirakçısının sözlərinə görə, qələbənin qazanılmasında və düşmənə layiqli cavabın verilməsində əsas amillərdən biri Azərbaycan Ordusunun gücü və anaların dualarıdır: "Döyüşə yollanan zaman anam mənə oxumağım üçün dua kitabı vermişdi. Kitabı verəndə dedi ki, bunu hər gün oxuyarsan. Geri dönənə qədər həmin kitabı ürəyimin üstündə yerləşən cibdə saxlayırdım, onu oxuyub özümü daha güvəndə hiss edirdim. Çox şükür, ordumuzun gücü sayəsində müharibəni qələbə ilə başa vurduq".

Şagirdlərə Vətən müharibəsindən şahid kimi danışan müəllim

Qəhrəman müəllim deyir ki, bu gün şagirdlərinə torpaqlarımızın azad olunmasından həm də şahid kimi qürurla danışır: "Bu gün şagirdlərimə 30 illik həsrətin bitdiyindən, Azərbaycan Ordusunun şücaətindən iftixarla bəhs edirəm. Qarabağ probleminin şagirdlərimə, bizdən sonrakı nəslə qalmadığına görə çox sevinirəm. Şagirdlərimlə söhbətdə gələcək nəslin də necə vətənpərvər ruhda böyüdüyünü hiss edirəm. Bəzən uşaqlar böyüyüəndə hərbçi olacağını və vətənin keşiyində dayanacağını bildirir. Bu, məni çox qürurlandırır. Şükürlər olsun ki, biz bu qələbəni qazandıq. Mən indi onlara azad Qarabağdan, keçdiyim müharibə yolundan fəxrlə danışıram və deyirəm nə yaxşı ki, bu qələbənin qazanılmasında mənim də payım var".

Qeyd edək ki, Elvin Mirabbaszadə döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1101   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr