Azərbaycana qarşı mövqeyilə tanınan Baronessa Koksun anti-islamçılar tərəfindən maliyyələşdirildiyi üzə çıxdı

Azərbaycana qarşı mövqeyilə tanınan Baronessa Koksun anti-islamçılar tərəfindən maliyyələşdirildiyi üzə çıxdıBritaniyanın Lordlar Palatasının qalmaqallı üzvü Baronessa Koks ortodoks xristian qrupları ilə əlaqəli yevangelist xeyriyyəçilər tərəfindən idarə olunan Amerika təşkilatından və eynicinsli nikahlara qarşı çıxan təşkilatlardan maliyyə dəstəyi alıb.

Onun İslamın tanınmış tənqidçiləri ilə müntəzəm görüşdüyü də bildirilir.

Azərbaycana qarşı mövqeyi ilə ad çıxarmış Baronessa onun qaranlıq fəaliyyətini əks etdirən sənədlərin kütləvi şəkildə mediaya sızmasından sonra maliyyə maraqlarını bəyan etmək məcburiyyətində qalıb. O bildirib ki, parlament təmsilçisini maliyyələşdirmək üçün istifadə edilən "Equal and Free Limited" qeyri-kommersiya şirkətinin maliyyə qaynaqlarının düzgün qeydiyyata almaması "sadə bir səhvdən" doğur. Əsində isə bu "səhv" Koksun təkcə ermənipərəst olması ilə deyil, həm də qatı irqçi və islam düşməni xisləti ilə izah olunur.

Belə ki, irqçilik əleyhinə olan "Hope not Hate" təşkilatının əldə etdiyi və"Sky News" ilə paylaşdığı görüşlərin protokolları göstərir ki, "Equal and Free Limited" iki yevangelist xeyriyyəçi tərəfindən idarə olunan Amerika təşkilatından maliyyə alıb.

Parlament qaydaları lordlardan kənar təşkilatlardan alınan dəstəyi açıqlamağı tələb etsə də, onlardan maliyyənin ilkin olaraq haradan qaynaqlandığının detalları tələb olunmur. Odur ki, Baronessa bu boşluqan istifadə edərək uzun illər əsl maliyyə mənbələrini gizlədib.

"Hope Not Hate"in yaydığı sənədlər arasında Baronessa Koksun parlament malikanəsində topladığı və İslamın tanınmış tənqidçilərinin iştirak etdiyi müntəzəm görüşlərin protokolları da var.

Sənədlər göstərir ki, 2013-cü ildə "Yeni Məsələlər Qrupu" adı ilə başlayan görüşlər 2023-cü ilə qədər davam edib və burada Lord Person da iştirak edib.

Baronessa Koks və Lord Person 2010-cu ildə ifrat sağçı niderlandlı siyasətçi Hert Vildersi Böyük Britaniyaya gətirərkən mübahisələrə səbəb olmuşdular.

2015-ci il iclasının protokollarında qrup üzvü Maqnus Nilsen tərəfindən yazılmış memorandumda İslamın "müsəlman olmayanların hamısına qarşı düşmənçilik niyyəti" təsvir edilir.

Həmçinin, təşkilatın 2008-ci ildə Kaliforniyada eynicinsli nikahları qadağan edən kampaniya və ortodoks xristian qrupu olan Amerika Anqlikan Şurası ilə əlaqəsi olduğu bildirilir.

Baronessanın təşkilatını maliyyələşdirənlərdən biri də mərhum multimilyonçu və iş adamı Hovard Ahmansonun oğludur. O, qatı dini baxışları ilə seçilən və Darvinin təkamül nəzəriyyəsini tənqid edən Sietldə yerləşən Kəşflər İnstitutunun direktorlar şurasının üzvüdür.

Ekspertlərin fikrincə, Koks ilə bağlı qalmaqallı sənədlər Britaniyada hökumət üzvlərinə birbaşa çıxışı olan lordların maliyyə qaynaqlarının daha dəqiq araşdırılmasını tələb edir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 951   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr