GSISD direktoru: "Xocalı soyqırımı müasir tarixin ən qeyri-insani əməllərindən biridir"
"Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı müasir tarixdə ən dəhşətli və faciəli qeyri-insani əməllərdən biridir".
Bunu "Report"a Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) icraçı direktoru Məhəmməd Şakil Əhməd deyib.
"Bu gün biz Azərbaycan xalqı ilə həmrəyik, soyqırımının bütün forma və təzahürlərinə birlikdə qarşı çıxırıq. Bu cür vəhşiliklərin təkrarlanmasının qarşısını almaq əzmində olduğumuzu bir daha təsdiq edərək, dünyanın bir çox yerlərində ksenofobiyanın, irqçiliyin və dözümsüzlüyün artması ilə bağlı təhlükəli tendensiyaların şahidi oluruq. Zorakılıq və nifrət ideyası kimi soyqırımının kökləri bizim dəyərlərimizə xələl gətirir və insan hüquqlarına, sosial sabitliyə, davamlılığa və sülhə təhlükə yaradır. Harada baş verməsindən asılı olmayaraq, insanları, planeti qorumaq üçün bu şər müəyyən edilməli, dayandırılmalıdır. Bu, sülh və firavanlıq üçün yeganə yoldur", - o bildirib.
GSISD icraçı direktoru bütün siyasi, dini və vətəndaş cəmiyyəti liderlərini nifrət və ayrı-seçkiliyi ifadə etməyi dayandırmağa, cəmiyyətdə sosial birliyi pozan, nifrət və dözümsüzlük üçün şərait yaradan əsas səbəbləri yumşaltmağa və aradan qaldırmağa çağırıb.
O, həmçinin qeyd edib ki, Xocalı faciəsi dünyadakı bütün insanlar üçün birlikdə harmonik gələcək qurmaq üçün səylər göstərilməli olduğuna dair növbəti xatırlatmadır:
"Biz birlikdə planeti daha inklüziv, layiqli həyat məkanına çevirə bilərik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
"BakıKart"ın qiyməti ARTDI
Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar
Axşam içilən spirtli içkiyə görə səhər cərimə yazıla bilər? - CAVAB
Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
Səssiz qatil: 2050 ssenarisi 24 il əvvəl gerçəkləşdi - Zaman cədvəli pozuldu
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
Bakıda musiqiçini maşın vurub öldürdü
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - Fotolar
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı
Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - ağaclarda dərmanlama işləri aparılır
Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub
Arzum məhkəmə zalında həbs edildi - Video