Bakıda tıxaclara son qoyacaq MÖHTƏŞƏM HƏLL - Əhmədli, Biləcəri və Badamdarda... - FOTO

Bakıda tıxaclara son qoyacaq MÖHTƏŞƏM HƏLL - Əhmədli, Biləcəri və Badamdarda... - FOTOBakıda tıxac probleminin həlli istaqmətində tramvay və trolleybus yollarının çəkilməsi çıxış yolu kimi təklif olunur. Bu barədə zaman-zaman mətbuatda məlumatlar getsə də yekun qərar hələ ki açıqlanmayıb.

BAKU.WS-in məlumatına görə, Bakının yeni hazırlanan Baş Planında şəhər ərazisində tramvay xətlərinin olması nəzərdə tutulub.

2040-cı ilədək Abşeron yarımadası üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun 198 km-dən 280 km-ə, stansiyaların sayının isə 26-dan 55-ə çatdırılması nəzərdə tutulur. Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmiryol təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və "tramvay-elektrik qatarı" sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər.
Bakıda tıxaclara son qoyacaq MÖHTƏŞƏM HƏLL - Əhmədli, Biləcəri və Badamdarda... - FOTOGələcəkdə Bakıda tramvay xətlərinin fəaliyyət göstərəcəyini nəzərə alsaq bu yolların hansı əraziləri əhatə edəcəyi maraq doğurur. Bu məqsədlə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərova müraciət etdik və ondan şəhərin hansı istiqamətlərində tramvay yollarının çəkilməsinin məqbul olmasını soruşduq.

Ekspret BAKU.WS-ə açıqlamasında bildirdi ki, tramvay yollarının əsasən dəniz limanı, Bakı avtovağzalı, dəmiryol vağzalı istiqamətlərində çəkilməsi daha məqbul olardı: "Bununla yanaşı şəhər mərkəzinə üstünlük vermək əvəzinə, şəhərətrafı ərazilərə tramvay yollarının çəkilməsi məqsədəuyğun olardı. Şəhərin mərkəzində onsuz da belə bir şərait qalmayıb. Küçələr tamamilə daraldılıb. Burada tramvay yolunun çəkilməsi dekarativ xarakter daşıya bilər. Sadəcə turistlərin şəkil çəkdirməsi və əyləncə xarakterli olacaqsa, buna ümmiyyətlə ehtiyac yoxdur.

Lakin xətlərin səmərəli, rentabelli olması və ictimai nəqliyyat olaraq bu yükü çəkə bilməsi üçün Əhmədli, Biləcəri, Badamdar istiqamətlərində tramvay yolların çəkilməsi gərəkdir.
Bakıda tıxaclara son qoyacaq MÖHTƏŞƏM HƏLL - Əhmədli, Biləcəri və Badamdarda... - FOTOTramvay yollarının çəkilməsi iqtisadi baxımdan da uğurlu ola bilər. Bunun üçün həmin yolların dekarativ xarakter daşımaması lazımdır. Trolleybus xətlərinə gəldikdə isə onu deyə bilərəm ki, keçmişdə elektriklə çalışan nəqliyyat vasitələri olmadığı üçün trolleybus xətləri çəkilirdi. Fikrimcə, bu gün buna ehtiyac yoxdur. Çünki elektroavtobuslar ölkəmizdə də yavaş-yavaş var. Eyni zamanda sıxılmış qazla işləyən avtobuslar varsa, trolleybusa ehtiyac qalmır. Bu xətlərin çəkilməsi böyük xərc apacaq. Üstəlik trolleybusların tıxaclarda qalmaq riski də var.

Lakin tramvaylar rels üzərində məaneəsiz hərəkət edir. Onun qarşısını almaq mümkün deyil. Buna görə Bakıda tramvayların olması şəhər sakinləri və qonaqlarının bir ünvandan digərinə maneəsiz və rahat getməsi ilə nəticələnə bilər".
Bakıda tıxaclara son qoyacaq MÖHTƏŞƏM HƏLL - Əhmədli, Biləcəri və Badamdarda... - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4967   Tarix: 01 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021