"Bələdiyyə institutunun təkmilləşdirilməsi regional inkişafa xidmət edir" - DEPUTAT

"Bələdiyyə institutunun təkmilləşdirilməsi regional inkişafa xidmət edir" - DEPUTAT"Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan dövləti 2022-ci ildə də ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etmiş, müxtəlif sahələri əhatə edən kompleks islahatlar davam etdirilmiş, iqtisadiyyatın dayanıqlı və davamlı inkişafı istiqamətində mühüm addımlar atılmış, sosial-iqtisadi tərəqqiyə hədəflənən layihələr gerçəkləşdirilmişdir.Ulu öndər Heydər Əliyev yolu ilə gedən ölkəmiz bu gün özünün ən qüdrətli dövrünü yaşayır. Ümummilli Liderin vəsiyyəti olan doğma torpaqlarımızın işğaldan azad olunmasını Vətən müharibəsində parlaq Zəfərimizlə təmin edən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpağımız Qarabağ və Şərqi Zəngəzurda dövlətimizin öz iqtisadi imkanları hesabına misilsiz quruculuq işləri sürətlə davam etdirilir, cənab Prezident İlham Əliyev respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə doğma torpaqlarımıza müntəzəm səfərlər edir, çoxşaxəli infrastruktur layihələri gerçəkləşdirilir.Bunlarla yanaşı, ötən dövr ərzində regional idarəetmə sahəsində də mühüm tədbirlərin həyata keçirilməsi yeni modelin yaradılması, yeni mexanizmlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olub. Bu, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi üçün olduqca önəmlidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O bildirib ki, bu kontekstdə yerli özünüidarəetmənin təkmilləşdirilməsi də mühüm əhəmiyyətə malikdir.

"Qeyd etmək lazımdır ki, bələdiyyələrə ilk seçkilərin keçirildiyi vaxtdan qanunvericilik sahəsində kifayət qədər irəliləyişin olması bələdiyyə idarəçiliyi sahəsində müəyyən uğurların qazanılmasına gətirib çıxarmışdır. Ötən dövr ərzində bələdiyyələr və ya onların bilavasitə fəaliyyəti ilə bağlı xeyli sayda qanun, əsasnamə, qanunvericilik aktının qəbul olunması bu sahənin inkişafına dövlətin diqqətinin bariz nümunəsidir. Belə ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı göstəricilərlə tanış olduqda xeyli diqqət çəkən məqamlara rast gəlinir. Ötən illə müqayisədə hüquqi ekspertizadan keçirilən bələdiyyə aktlarının sayı artmış, qanunsuz bələdiyyə aktlarının ləğvi üçün daha çox tədbir görülmüşdür. Diqqət çəkən məsələlərdən biri də bələdiyyə fəaliyyəti ilə bağlı müraciətlərə, xüsusi ilə şəhid ailələrinin, müharibə iştirakçılarının müraciətlərinə daha həssas yanaşılmasıdır. Şəhid ailələrinin və müharibə iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif yardımlar edilib, torpaq sahələri ayrılıb, onların yaşadıqları məhəllələr, küçələr abadlaşdırılıb, evləri təmir olunub".

Aşkarlıq və hesabatlılığın təmini üçün hansı işlər görülür?

"Bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmini, yerli özünüidarəetmədə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqətdən kənarda qalmayıb. Bununla yanaşı bələdiyyələrin yerli əhalinin sosial problemlərinin həlli məqsədilə gördüyü işlər, həmçinin yerli vergi və ödənişlərin ödənilməsinin əhəmiyyəti və s. ilə bağlı hazırlanan videoçarxın mətbuatda yayımlanması, yerli əhalinin rifahı naminə görülən işlər barədə ayrı-ayrı bələdiyyələrin məlumatlarının broşüralar formasında yerli sakinlərə çatdırılması, böyük bələdiyyələrinin hər birinin sosial şəbəkədə səhifələrinin yaradılması, məlumatların mütəmadi yerləşdirilməsi onların fəaliyyətində hesabatlılığın təmin olunması baxımından çox mühümdür. Son illərdə bələdiyyələrin internetdən istifadə və kompüter avadanlıqları ilə təmin olunması səviyyəsi davamlı olaraq artmaqdadır. Bələdiyyələrin büdcə gəlirlərinin artırılmasının bir vasitəsi də onların öz mülkiyyətlərində olan torpaqlardan qanunauyğun, səmərəli, tək-tək şəxslərin deyil, ümumi mənafe əsas götürülməklə istifadə edilməsidir. Bələdiyyə torpaqları ilə bağlı qanunsuz qərarlar inzibati nəzarət qaydasında ləğv etdirilməklə yanaş,ı torpaqlardan səmərəli istifadə olunması üçün də metodoloji iş aparılır. Məsələlərdən biri də torpaqların icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılmasıdır.Ümumilikdə 2022-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına, yerli büdcə gəlirlərinin artırılmasına, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və digər aktual məsələlərə həsr olunmuşdur.Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsi sahəsində işin səmərəliliyinin artırılması üçün tədbirlər davam etdirilir.Hüquqi maarifləndirmə tədbirləri çərçivəsində korrupsiyaya qarşı mübarizə, etik davranış qaydaları, maraqların toqquşması, bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, vergi uçotunun düzgün qurulması kimi çox aktual mövzular tədris olunmuşdur. Eyni zamanda inzibati nəzarət orqanının ayrı-ayrı dövlət orqanları ilə bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması məqsədilə əməkdaşlığını müsbət qiymətləndirərək daha da genişləndirilməsini təklif edirəm. Ötən il ərzində Türkiyə, Gürcüstan, Litva bələdiyyələri ilə görüşlər keçirilərək fikir mübadiləsi aparılmış, qabaqcıl təcrübə öyrənilmişdir. Hesab edirik ki, bu cür görüşlər daha intensiv və ardıcıl aparılmalı, dünyanın qabaqcıl ölkələrinin, xüsusilə Avropa ölkələrinin yerli özünüidarəetmə orqanlarının təcrübələrinin öyrənilməsinə geniş yer verilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1036   Tarix: 01 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir - Foto/Video

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir. xəbər verir ki, səhər saatlarından etibarən Azərbaycan xalqı məzarlığa axın edərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edirlər. Ziyarətçilər şəhidləri

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr