Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? - 1500, yoxsa 2500 manat
Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binadan mənzillər və ya kompensasiya təklif olunur.
BAKU.WS xəbər verir ki, vətəndaşlar istəkdən asılı olaraq daşınmaz əmlaklarına görə sökülən evləri qarşılığında kompensasiya alırlar.
Bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq doğurur. Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az almasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıya müraciət etdik və Bakı şəhəri üzrə kompensasiyanın rəqəmlərinin real qiymətlərini öyrənməyə çalışdıq.
Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, son illər Bakıda inşa olunan pilot layihələrdə vətəndaşlara əksər hallarda kompensasiya ödənişləri həyata keçirilmir: "Daha çox əvəzləşdirmə qaydasında razılıq əldə olunur. Yəni kimin ki, həmin ərazidə evi var, orada bina tikilirsə, həmin şəxsə mövcud əmlakına uyğun 20 faizlik rəqəm də nəzərə alınmaqla mənzillə təmin olunması həyata keçirilir. Hesab edirəm ki, bu, doğru yanaşmadır.
Lakin istisna hallar olur və bəzi şəxslər razılaşmır, pulu götürməyə üstünlük verirlər. Bu məsələdə tikinti şirkətlərinə hansısa rəqəm təqdim olunmur ki, sakinlərə mütləq 1500 manatdan yuxarı kompensasiya verilməsin. İnvestorla mülkiyyətçi arasında razılaşdırılmalı olan rəqəmlər var. O ərazidə ki, mənzil tikinti kooperativi 1 kvadrat metr təmirsiz mənzili 2500 manata satırsa, onun vətəndaşa 1500 manat təklif etməsi absurddur. Bu, mülkiyyət hüquqlarına müdaxilə və onun pozulmasıdır.
Digər tərəfdən vətəndaşlar da ədalətli davranmalıdırlar. Bəzən vətəndaşlar olur ki, evlərinin kvadrat metrinə görə 5 min manat istəyirlər. Rayonlara görə, bölgü məsələsinə gəldikdə isə deyə bilərəm ki, qiymətləndirmə fərdi qaydada həyata keçirilməlidir. Əgər bir tikinti şirkəti hər hansı ərazidə evi tikirsə və onu 2 min manata bazara çıxarırsa, onun üzərinə təmir xərcini də əlavə edib bazar qiyməti müəyyən edilməlidir.
Bir məsələni deyim ki, kompensasiya məbləği cənab prezidentin fərmanı ilə tənzimlənir. Bunun əmlakın alqı-satqısına heç bir təsiri olmur. Alan tərəflə mülkiyyətçi arasında razılaşdırılan rəqəm nədirsə, onun 20 faizi həcmində kompensasiya həyata keçirilməlidir. Tutaq ki, tərəflər arasında əmlakın dəyəri 100 min razılaşdırılıbsa, onun 20 faizi həcmində kompensasiya ödənişi həyata keçirilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva