Hacı Şahinin ölümündən əvvəl yazdığı SON STATUS - FOTO
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli vəfat edib.
BAKU.WS xəbər verir ki, Ş.Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.
İlahiyyatçı ölümündən qabaq dünən axşam saatlarında Ramiz Rövşənin şeirini paylaşıb.
Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə təhsilini başa vurub. 1995-1997-ci illərdə cəbhə bölgəsində hərbi xidmət çəkib. 1991-1999-cu illərdə Azərbycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. Ərəb, fars və rus dillərini bilir. Ailəlidir, dörd övladı var.
Hacı Şahin Həsənli 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil almağa başlayıb. 1992-ci ildə isə, Bakı şəhəri Yasamal rayonunda yerləşən "Hüseyniyyə" adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaatdır.
Bu və öncəki illərdə müstəqil şəkildə dini təhsil almaqla yanaşı, dini mövzularda dərs tədris edib. Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərinin tədrisinə xüsusi diqqət yetirib. 2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyəli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub. Uzun illərdir ki, Həcc və Ərəfə karvanlarına rəhbərlik edir, zəvvarlara xidmət göstərirdi.
1998-2001-i illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinin sədri olaraq ictimai fəaliyyət göstərib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndiliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib.
Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edirdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva