Qəfil ölümün bioqrafiyası... - Hacı Şahin kim idi?

Qəfil ölümün bioqrafiyası... - Hacı Şahin kim idi?Bu gün səhər saatlarında tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin qəfil vəfatı onun kimliyi və şəxsiyyətinin ətrafında maraq yaradıb.

"Qafqazinfo" tanınmış ilahiyyatçının həyat və fəaliyyətilə bağlı vacib məqamları oxucuların diqqətinə çatdırır.

Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Texniki Universitetinin məzunu olan Hacı Şahin, ikinci təhsilini tarix üzrə Bakı Dövlət Universitetində alıb. O, eyni zamanda, fars və rus dillərini də bilirdi.

Təkcə dindarlar deyil, cəmiyyətin digər kəsimləri arasında da böyük nüfuza sahib olan Hacı Şahin, həm də ictimai xadim kimi fəaliyyət göstərirdi. O, sağlığında kütləvi tədbirlərdə, şəhidlərin dəfn mərasimində yaxından iştirak etməklə şəhid ailələrinə mənəvi dəstəyi ilə diqqət çəkirdi. Eyni zamanda Vətən müharibəsi dövründə hərbçilərin ruh yüksəkliyinin artırılmasında da rolu olub.
Qəfil ölümün bioqrafiyası... - Hacı Şahin kim idi?Hacı Şahinin fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. O, bu səbəbdən tez-tez maarifləndirici məqalələrlə də çıxış edirdi. Hacı Şahin bu mövzuda yazdığı bir neçə məqaləni də məhz "Qafqazinfo" ilə bölüşmüşdü.

Hacı Şahin son zamanlar Azərbaycan və İran arasında gərginləşən siyasi proseslər zamanı da açıqlamaları ilə diqqət çəkirdi. O, bu mövzuda son olaraq Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləmiş, İranın buna görə məsuliyyət daşıdığını demiş, "Xarici ölkələrdəki səfirliklər Azərbaycan ərazisidir və insan vətən uğrunda canını fəda edirsə, şəhiddir" açıqlaması ilə yadda qalmışdı.
Qəfil ölümün bioqrafiyası... - Hacı Şahin kim idi?Bu gün 48 yaşında vəfat edən alim, dini fəaliyyətinə 1991-ci ildən başlayıb. Bir il sonra isə paytaxtın Yasamal rayonunda yerləşən "Hüseyniyyə" adlı kiçik ibadət evində ruhani kimi fəaliyyət göstərib. 2001-ci ildən "Məşədi Dadaş" məscidində imam-camaat olub. 2014-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

Hacı Şahin ailəli, dörd uşaq atası idi.

Allah rəhmət eləsin!
Qəfil ölümün bioqrafiyası... - Hacı Şahin kim idi?Qəfil ölümün bioqrafiyası... - Hacı Şahin kim idi?Qəfil ölümün bioqrafiyası... - Hacı Şahin kim idi?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6649   Tarix: 02 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir - Foto/Video

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir. xəbər verir ki, səhər saatlarından etibarən Azərbaycan xalqı məzarlığa axın edərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edirlər. Ziyarətçilər şəhidləri

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr