Baş həkim və digərlərinin cəzası azaldıldı
Rüşvət alma ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının keçmiş baş həkimi İmran Ağayev və onunla birlikdə mühakimə olunan hospitalın 3 əməkdaşının kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Ali Məhkəmədə onların cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda hospitalın sabiq vəzifəli şəxsi Rüfət Vəlizadənin şikayəti qismən təmin edilib. Onun cəzası 3 ildən 2 il 6 aya endirilib. Faktı onun vəkili Ceyhun Yusifov "Qafqazinfo"ya təsdiq edib.
Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən şəxslərdən İmran Ağayev və müəssisənin digər vəzifəli şəxsləri olan Taleh İmanlı və Qulu Orucovun da cəza müddəti bir müddət öncə azaldılıbmış. Belə ki, Ali Məhkəmə onların hər birinin cəzasının 6 ay endirilməsinə qərar verib.
Xatırladaq ki, İmran Ağayev və digərləri koronavirus pandemiyası dövründə xəstələri hospitalın "VİP korpus"larına yerləşdirmək və xəstələrin özünə məxsus "Medi Style" klinikasından FHN hospitalına köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay, Qulu Orucov 5 il müddətə azadlıqdan məhrum edilmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi İmran Ağayevin cəzasını 4 ilə, Rüfət Əlizadə və Taleh İmanının cəzasını isə 3 il 6 aya endirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1674 Tarix: 02 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr