"Bakı Zirvəsi dünya nizamının dəyişməsi, qlobal ədalətin təmin olunması üçün mühüm fürsət yaradıb"-ŞƏRH

"Bakı Zirvəsi dünya nizamının dəyişməsi, qlobal ədalətin təmin olunması üçün mühüm fürsət yaradıb"-ŞƏRH"Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bütövlükdə beynəlxalq hüquq tarixində islahat və dəyişikliklərə doğru dönüş nöqtəsi hesab oluna bilər. Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, "son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Bu dövrə qədər mövcud sistemin təhlükəsizliyinə zəmanət verən prinsip və mexanizmlər isə artıq işlək deyil və bu, beynəlxalq düzəni daha da təhdid edir. Cənab İlham Əliyevin təbirincə desək, "müasir beynəlxalq hüququn norma və prinsipləri aşınıb", BMT bu geosiyasi situasiyada artıq əsas vəzifələrinin, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək missiyalarının öhdəsindən gələ bilmir. Təəssüf doğuran məqam isə odur ki, bu vəziyyət əslində bir çoxları, xüsusən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üçün münbit mühit hesab edilir və faktiki olaraq təşkilat islahatlar üçün açıq görünmür. Digər təəssüf doğuran məqam isə, ehtiyac olmasına baxmayaraq bu süni əngəlləri aşaraq BMT-nin fəaliyyətini təftiş etmək, qurumda islahatlar aparmaq məsələsində köklü təşəbbüslər də faktiki yox səviyyəsindədir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başladıqdan sonra cənab İlham Əliyev beynəlxalq münasibətlər sistemində islahat təkliflərini sistemli formada hərəkatın gündəliyinə çevirməyə başladı.

"Prezident İlham Əliyev fikrini onunla əsaslandırır ki, "BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir". Cənab İlham Əliyevin təklifi də odur ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməli, orada daha çox ölkə və region, habelə sivilizasiyalar təmsil edilməlidir. Həmçinin Təsisatın rəhbəri kimi cənab İlham Əliyev hesab edir ki, "Qoşulmama Hərəkatı beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir".
Əslində, bu istiqamətdə kafi təcrübə də formalaşıb, bildiyiniz kimi, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya ilə mübarizədə qlobal səylər məhz Qoşulmama Hərəkatı çərçivəsində səfərbər edilmişdi. Məhz bu çərçivədə hazırlanan məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı üçün pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarının müəyyən edilməsində əsas mənbə rolunu oynadı. Mühüm siyasi addımlardan biri kimi "peyvənd millətçiliyi"i qlobal müstəvidə müzakirəyə çıxarıldı.Bu gün isə institusionallaşmaya doğru addımlar atmaqla Hərəkat qarşısında ciddi hədəflər var. Prezident İlham Əliyev hesab edir ki, Təsisat Fransanın simasında bütövlükdə neokolonializmin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir.
Beləliklə, təhlil edərkən aydın olur ki, Bakı Zirvəsi həqiqətən də dünya nizamının dəyişməsi, qlobal ədalətin təmin olunması üçün mühüm fürsət yaradıb. Cənab İlham Əliyevin 2 illik rəhbərliyi planetin ikinci böyük təsisatı olan Qoşulmama Hərəkatına şans və real imkanlar yaradıb ki, BMT-nin artıq öhdəsindən gələ bilmədiyi problemlərin həlli və buraxdığı nəhəng boşluqların doldurulması istiqamətində təşəbbüsləri ələ alsın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1168   Tarix: 03 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir - Foto/Video

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir. xəbər verir ki, səhər saatlarından etibarən Azərbaycan xalqı məzarlığa axın edərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edirlər. Ziyarətçilər şəhidləri

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr