Separatçılar silahı "ruslar üçün" daşıyıb? – Gülünc iddia

Separatçılar silahı "ruslar üçün" daşıyıb? – Gülünc iddiaBaş verən təxribat ekofəallarımız artıq 84 gündür ki, Xankəndi yolunda keçirdiyi etirazın nə qədər haqlı olduğunu göstərir. Əslində aksiya Laçın yolundan rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində yerləşən separatçılara külli miqdarda silah-sursatın və digər hərbi təyinatlı yüklərin daşınmasının qarşısını alır. Ona görə də separatçılar alternativ dağ yolundan istifadə ediblər və nəticədə toqquşma baş verdi.

Bu sözləri Ordumuzun Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasını həyata keçirən erməni separatçı-terrorçularını məhv etməsi haqqında danışan politoloq Turab Rzayev deyib.

Politoloq vurğulayıb ki, Ermənistanın açıq şəkildə separatçıları silahlandırmağa davam etməsi artıq aydın məsələdir:

"Burada iki fərqli məqamın olması mümkündür. Birincisi, Ermənistan öz istəyi ilə separatçılara silah-sursat və hərbi texnika göndərir. İkincisi isə odur ki, bütün bunlar Rusiyanın göstərişi əsasında Gümrüdəki hərbi bazadan göndərilir. Ancaq hər iki halda Ermənistan ərazisindən istifadə olunur. Ona görə də Laçın-Xankəndi yolunun nəzarətimizdə olması çox vacibdir. Ekofəallarımızın keçirdiyi aksiya bütün dünyada və Ermənistanda ciddi narahatlıq doğurub. Əsas səbəb də odur ki, əl-qolları bağlanıb. Azərbaycan Müdafiə Nazirliyi haqlı şəkildə təxribatın layiqli cavabını verib. Burada həm Rusiyaya, həm də Ermənistana mesaj var. Rusiya sülhməramlıları yalnız Azərbaycanın nəzarəti altında Laçın dəhlizindən əvvəldən müəyyən edilmiş, razılaşdırılmış məqsədlər üçün daşınma həyata keçirə bilər. Yəni ermənilərin daşınan silahların rus sülhməramlılarına aid olması haqqında dediyi bəhanələr də bizim üçün keçərli deyil. Çünki əgər belədirsə, onda niyə gizli şəkildə daşınır? Bir də əgər silahlar Ermənistanın təşəbbüsü ilə daşınırsa, bu rəsmi İrəvanın AB missiyasının gəlişindən cəsarətləndiyini və yenə təxribatlara əl atacağını göstərir"./Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1670   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr