Ordumuzun antiterror əməliyyatı üçün səbəb… - Ekspert

Ordumuzun antiterror əməliyyatı üçün səbəb… - EkspertAzərbaycan dəfələrlə həm Ermənistana, həm də Rusiyaya Xankəndidəki separatçılara silah daşınması ilə bağlı sərt xəbərdarlıq edib. Üstəlik bütün bunlar ərazimizdə müvəqqəti yerləşdirilən rus sülhməramlıların gözü qarşısında baş verir. Separatçılar özlərinə yeni mövqe inşa edir, amma rus sülhməramlılar buna göz yumur; silah daşınır, yenə sülhməramlılar özlərini görməzliyə vururlar. Günlərini yola verməklə öz vəzifələrini bitmiş hesab edirlər.

Bu sözləri Axar.az-a erməni separatçıların Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert rus sülhməramlıların 10 noyabr Üçtərəfli Bəyanatdakı vəzifə və öhdəliklərini yerinə yetirmədiklərini bildirib:

"Rus sülhməramlılar erməni separatçıların bizim hərbçilərimizə atəş açmasını, eyni zamanda onların dayaq məntəqələrindən cəmisi bir neçə metr aralıda separatçıların mövqe inşa etməsini sanki adi hadisə kimi bizə qəbul etdirmək niyyətindədirlər. Artıq 10 noyabr bəyanatının imzalanmasının üzərindən kifayət qədər uzun vaxt keçib. Lakin erməni silahlılar hələ də Qarabağdadır və rus sülhməramlılar altında Rusiya Prezidentinin imzası olan bəyanatın 4-cü maddəsini hələ də yerinə yetirməyiblər".

Ədalət Verdiyev Ermənistanın çox sərt şəkildə cəzalandırılacağını vurğulayıb:

"Bu gün separatçılara Ermənistandan Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə silah daşınması və oradakı terrorçularla baş verən atışmada bir hərbi qulluqçumuzun şəhid olması rəsmi İrəvanın terror və təxribatdan əl çəkmədiyini növbəti dəfə nümayiş etdirir. Baş verən təxribat və Azərbaycan hərbçisinə öz ərazimizdə güllə atılması növbəti genişçaplı antiterror əməliyyatı üçün səbəbdir. Azərbaycan dövləti və Şanlı Ordumuz şəhidimizin qanını yerdə qoymayacaq. Ermənistan çox ciddi və kəskin şəkildə öz cəzasını alacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1146   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr