"Biz imkan verə bilmərik ki, Azərbaycanın suveren ərazilərində yenidən separatçılıq baş qaldırsın" - DEPUTAT
Xəbər verdiyimiz kimi martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub. Daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.
Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Erməni separatçılarının növbəti silahlı təxribatı hər şeydən əvvəl 10 noyabr üçtərəfli razılaşmanın icra edilməməsindən irəli gəlir:
"Həmin razılaşmaya əsasən Qarabağ ərazisindən silahlı terrorçu dəstələri tam çıxarılmalı idi. Lakin onların çıxarılması təmin olunmadı. Əksinə, müxtəlif yollarla silahların, minaların daşınmasına cəhdlər edildi. Biz son vaxtlar 2021-ci ilin Ermənistan istehsalı olan minaların ərazilərimizdə basdırılmasının şahidi olduq. Təbii ki, bu dözülməz haldır və qarşısı dərhal alınmalıdır. Azərbaycan xalqı 30 il ərzində terrordan əziyyət çəkmiş bir xalqdır. Biz imkan verə bilmərik ki, Azərbaycanın suveren ərazilərində yenidən separatçılıq baş qaldırsın, silahlansın və ictimai-siyasi sabitlik pozulsun. Ona görə də, çox yaxın zamanda Laçın yolunda nəzarət-keçid postlarının quraşdırılması günün tələbidir. Regionda dayanıqlı sülhün bərqərar olmasını arzulamayan kifayət qədər xarici və daxili qüvvələr mövcuddur. Gələcəkdə də İstənilən təxribatlar gözləniləndir. Bu yaxınlarda cənab prezident İlham Əliyevin təşəbbüsü ilə, Qarabağın erməni və Azərbaycan icmaları arasında təmaslar baş tutdu. Bir çox qüvvələr hər iki xalqın ünsiyyət qurmalarını özləri üçün təhlükə olaraq görürlər. Bölgədə mürəkkəb proseslər gedir və biz buna hazır olmalıyıq.
Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva