"Təxribatlar davam edərsə Qarabağda yenidən antiterror əməliyyatlar başlaya bilər" - DEPUTAT
"Bu gün Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabrında imzalanan Bəyanatın şərtlərinə əməl etmir, əksinə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin daşımasına şərait yaradır".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, qanunsuz erməni silahlı birləşmələrin martın 5-də törətdiyi təxribat nəticəsində iki hərbi quluqçumuz şəhid olub:
"Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Ermənistanın təxribatları sülh müqaviləsinin imzalanmasına maneə olmaq məqsədi daşıyır. Ermənistan hər zaman danışıqlar prosesini uzatmaq üçün bu cür təxribatlara əl atıb. Bu ssenari bizə tanışdır. 30 il ərzində Ermənistanın bu oyunlarını çox görmüşük. Hazırda da eyni proses davam edir. Ermənistan heç vaxt qəbul edilən qərarlara və atəşkəsə əməl etməyib. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması da 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatın kobudcasına pozulmasıdır. Rusiya sülhməramlıların olduğu ərazilərdə bu cür addımların atılması da bizdə müəyyən sualların yaranmasına səbəb olur. İki ildən çoxdur ki, Rusiya sülhməramlıları üzərinə götürdüyü öhdəliyi icra etmir. Keçən bu illər ərzində Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarındakı qanunsuz erməni silahlı birləşmələrini çıxarmaması haqlı olaraq bizdə onların da terrorçularla əlbir olması şübhəsini yaradır".
Deputat vurğulayıb ki, Ermənistan yaxşı olardı ki, 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətini unutmasın:
"Nikol Paşinyanın bu oyunları Ermənistanın bir ölkə kimi varlığını şübhə altına atır. Ermənistan yaxşı olardı ki, onu məhvə aparan havadarlarının deyil də, cənab prezident İlham Əliyevin məsləhətlərinə qulaq asın. Təxribatlar davam edərsə Qarabağda yenidən antiterror əməliyyatlar başlaya bilər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva