Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, məşhur müğənninin paltarında səhnəyə çıxdı - FOTO

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, məşhur müğənninin paltarında səhnəyə çıxdı - FOTOKulis.az Xalq artisti Gülyanaq Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində, onuşaqlı fəhlə ailəsində dünyaya gəlib. Ailədə altı bacı, dörd qardaş olublar. Uşaqlıq və yeniyetməlik illəri kolxozda, əkin-biçində keçən Gülyanaq keçmiş illər haqqında danışanda deyir:

"Mən zəhmətkeş bir ailədə böyümüşəm. Tütün əkirdik, barama saxlayırdıq. Biz o qədər əziyyətlərdən, zəhmətlərdən keçmişik ki. Ailəlikcə fəhləliyə, işə bağlı olmuşuq. Gecə-gündüz əkin sahələrində işləmişəm. Əllərimiz işləməkdən qabar-qabar olub. Tütün sahələrində səhərə qədər gecələdiyimiz olub ki, su növbəsini qaçırmayaq, gecə tütünlərimizi suvaraq. Tütün yarpaqlarını iynəyə düzə-düzə bir gözüm kitabda dərs oxumuşam".

Orta məktəbi Böyük Dəhnə 1 saylı orta məktəbdə başa vurub. 1992-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A. Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində Nəriman Əliyevin sinfində təhsil almağa başlayıb. Onunla eyni sinifdə Xalq artisti Nəzakət Teymurova da oxuyub. Bakıda kirayədə yaşayan Gülyanağın çətin, kasıblıq günləri çox olub. Bəstəkar Şəfiqə Axundovanın Filarmoniyada yubileyində Gülyanaq da səhnədə oxumalı olub. Ancaq onun yaxşı səhnə geyimi olmadığından o, rəfiqəsi Nəzakət Teymurovanın paltarını geyinib səhnəyə çıxmalı olub.

1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən bu günə kimi R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışıb. 1995-1997-ci illərdə İsveçin Malmö şəhərində, "Malmö" festivalında çıxış edib, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Hannover şəhərində EKSPO-2000 sərgisində, 2000-ci ildə Türkiyədə "Boğaziçi" festivalında İstanbul və Ankara şəhərlərində konsertlər verib.

Gülyanaq Türkiyədə konsert verən zaman orada yaşayan bir azərbaycanlı ailə onun konsertində iştirak edib. Daha sonra onlar müğənnini bacısı Gülyazla birgə evlərinə qonaq dəvət ediblər. Qonaqlıqda Gülyanaq gələcək həyat yoldaşı Ziya ilə tanış olub. Onu sənəti ilə birgə qəbul edən bəy düz beş il Gülyanaqdan "hə" cavabı alacağı günü gözləyib. Nəhayət, onlar ailə qurublar. Bu evlilikdən cütlüyün 3 övladı dünyaya gəlib.

Müğənni haqqında son illər yayılan şayiələrdən biri isə onun həyat yoldaşından ayrılması xəbəri olub. Ancaq bu barədə ondan soruşanda, deyib:

"Yanlış xəbərdir. Çox xoşbəxt ailəm, üç gözəl balam var. Allah hər kəsə belə gözəl ailə nəsib etsin. Ailə qurmaq üçün gec qaldım. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür. Hamiləliyin doqquzuncu ayında Beynəlxalq Muğam Mərkəzində Gülyaz xanımla konsert verdim. Çox uğurlu alındı. Elə başa düşülməsin ki, mən hamiləliyin doqquzuncu ayında oxudum, konsert verdim. Oturmuşdum, qavalı da qabaqda tutmuşdum. Dedilər ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə gəlsinlər. Dedim ki, yox. Əksinə, mən elə bir paltar geyinmişəm ki, hamiləliyi gizlətməyə çalışmışam".

Bir müddət əvvəl müğənni həyat yoldaşının xəstəliyi ilə bağlı açıqlama verərək deyib:

"Həyat yoldaşım xəstə idi. Onun xəstəliyini gizlədirdim. İndi şükür, yaxşıdır. İstər Azərbaycanda, istər Türkiyədəki həkimlər sağ olsunlar. Həkimlər sayəsində indi hər şey yaxşıdır".

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2014-cü ildə Xalq artisti adına layiq görülüb.

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, məşhur müğənninin paltarında səhnəyə çıxdı - FOTOGec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, məşhur müğənninin paltarında səhnəyə çıxdı - FOTOGec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, məşhur müğənninin paltarında səhnəyə çıxdı - FOTOGec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, məşhur müğənninin paltarında səhnəyə çıxdı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3900   Tarix: 06 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr