Qarabağda yenidən antiterror əməliyyatları başlaya bilərmi? - Deputatdan AÇIQLAMA
"Ermənistanın sonuncu təxribatı həddi aşmaq deməkdir".
Bunu Sonxeber.az-a danışan deputat Cəbi Quliyev deyib.
Deputat qeyd edib ki, martın 5-dəki təxribat Ermənistan rəhbərliyinin ikiüzlü siyasət yeritdiyini bir daha sübuta yetirdi:
"Ermənistan tərəfinin təxribatlarının hər biri regionda vəziyyəti yenidən gərginləşdirməyə və sülh müqaviləsinin imzalanmasına maneə məqsədi daşıyır. Əslində bu təxribatlar gözləniləniləndir. Ermənistan bu günə kimi imzalanan heç bir sənətə və əldə edilən atəşkəsə hörmət etməyib. Bu gün də Ermənistan beynəlxalq hüququ kobudcasına pozmaqda davam edir. Qanunsuz erməni silahlı birləşmələrin dünənki təxribatı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəlarına zidd olan, insanların yaşamaq, sağlamlığın qorunması və digər fundamental hüquqlarının kobudcasına pozulması deməkdir. Bütün bu təxribatlar regionda yeni münaqişə ocaqlarının yaranmasına, dayanıqlı sülhün təmini istiqamətində aparılan danışıqların dayandırılmasına xidmət edir".
Deputat vurğulayıb ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat təkcə Ermənistan tərəfindən deyil, Rusiya sülhməramlılar tərəfindən də pozulmaqdadır:
"İki ildən çoxdur ki, biz Azərbaycan torpaqlarında gizlənən qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasını gözləyirik. Təəssüf ki, Rusiya sülhməramlıları üzərinə götürdüyü öhtəliyi yerinə yetirmir. Əksinə qanunsuz erməni silahlı birləşmələrin təxribatları üçün münbit şərait yaradırlar. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi bir daha bunun sübutudur. Görünür, Azərbaycan yenidən antiterror əməliyyatı keçirməli olacaq. Ermənistan və havadararı unutmasın ki, Vətən müharibəsində düşmənin belini qıran dəmir yumruq yerindədir. Qanunsuz erməni silahlı birləşmələri təxribatlarına davam edərsə dəmir yumruğu yenidən başında hiss etməli olacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva