"Qisasımız qiyamətə qalmadı" kitabının təqdimatı keçirilib
Sumqayıtda Heydər Əliyev Mərkəzində tanınmış şair-publisist Fuad İslamoğlunun "Qisasımız qiyamətə qalmadı" kitabının təqdimatı və imza günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən şəhər ziyalıları, rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, böyük şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Ulu Öndərin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirmiş şəxslərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa arzulanıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müəllifin ədəbiyyatımıza növbəti ərməğanı olan "Qisasımız qiyamətə qalmadı" adlı şeirlər toplusu oxuculara təqdim edilib. Bildirilib ki, şəhidlərimizin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş kitabda əsasən Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, yüksək sərkərdəlik məharəti, mahir diplomatiyası, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi, xalqın dəyanəti, əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılan tarixi Qələbədən, qürur dolu 44 günlük döyüşlərdən bəhs edilir. Eyni zamanda, şeirlər toplusunda yurd sevgisi, xalqa, dövlətə, dosta, qohuma sədaqət, ülvi məhəbbət mövzularında şeirlərə, ağsaqqal tövsiyələrinə və təmsillərə də geniş yer verilib.
Qeyd edilib ki, şairin sayca beşinci olan bu kitabından əvvəl oxucuların ixtiyarına verdiyi "Təmizlik", "Yaşamalı dünyadı", "Bu səs sənin səsindirmi", "Qartal səmada tək uçur" kitabları da geniş oxucu kütləsinin marağına səbəb olub.
Tədbirdə şairin yeni kitabda yer almış müxtəlif dövrlərdə yazdığı şeirləri səsləndirilib.
Sonda şairin oxucularla, o cümlədən şəhid ailələri və qazilər ilə səmimi söhbəti baş tutub və fikir mübadiləsi aparılıb.


















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 959 Tarix: 06 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabrMənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabr