Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir

Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir2020-ci il martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söylədi.
Prezident İlham Əliyev onu da vurğulamışdır ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşıb. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunublar.
Prezident İlham Əliyev Avropa İttifaqının seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verdiyini də xatırlatmışdışdır. Çıxışında qeyd etmişdir ki, Avropa İttifaqının yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olması, əslində, seçkilərin tanınması deməkdir. 
Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı vurğuladı ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışdı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda bizim fəal olmağın, hücum diplomatiyası aparmağın vacibliyini vurğulayaraq haqq-ədalətin bizim tərəfimizdə olduğunu bir daha xatırlatmışdır.
Dövlətimizin başçısı Xocalı soyqırımını artıq 10-dan çox ölkənin parlamentinin rəsmən tanıdığını qeyd edərək deyib: "Bu proses davam etdirilməlidir və deputatlar bu prosesdə fəal olmalıdırlar. Çünki bu qərarların qəbul edilməsində dövlət qurumları böyük dərəcədə əsas rol oynayırlar. Ona görə parlament fəal olmalıdır. Bu, artıq beynəlxalq münasibətlər çərçivəsində qəbul edilmiş faktdır. Ermənistan tərəfinin çox yersiz, yalançı, cılız cəhdləri Münxen Təhlükəsizlik Konfransında özünü göstərdi və bir daha onları ifşa etdi. Çünki onların bütün tarixi saxtakarlıqdır. Onlar tarixi Azərbaycan torpağında dövlət qurublar, əfsuslar olsun ki, bizim Azərbaycan Xalq Cümhuriyyətinin köməyi ilə. İndi bütün tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər. Ona görə deputatlar daim bu məsələni qaldırmalıdırlar".
Prezident İlham Əliyev qeyd etdiyi kimi, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut etdi. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son 16 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.Sonda Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğulamışdır.
Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi və uğrunda mübarizə apardığı dayanıqlı iqtisadi müstəqillik siyasəti üzərində qurulmuş davamlı siyasi müstəqillik prinsipi ölkəmizə həmişə güc-qüdrət vermiş, yaşadığımız qlobal böhranlardan Azərbaycan Respublikasının dünyanın əksər ölkələri ilə müqayisədə minimum itkilərlə çıxmasına şərait yaratmışdır. Pandemiya dövrünün xüsusi çətinliklər yaratdığı və yeni öhdəliklər meydana çıxardığı indiki məsuliyyətli mərhələdə Azərbaycan Respublikasının dünyanın heç bir beynəlxalq maliyyə qurumunun yardımına, dəstəyinə ehtiyac duymadan bütün problemlərin daxili imkanlar hesabına həll edilməsinə nail olması Prezident İlham Əliyevin böyük qələbəsidir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 841   Tarix: 07 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr