Taxıl təminatında idxaldan asılı olan Azərbaycanın taxıl ehtiyatı hansı səviyyədədir?

Taxıl təminatında idxaldan asılı olan Azərbaycanın taxıl ehtiyatı hansı səviyyədədir?Dünyada taxılın qiymətində hər ton üçün təxminən 50 dollar ucuzlaşma qeydə alınıb. Bu amil taxıl təminatında idxaldan asılı olan Azərbaycanın daxili bazarına da müsbət təsir göstərib. Un və un məmulatlarının qiymətlərində ucuzlaşma qeydə alınıb. Ekspertlər yaranmış vəziyyəti taxıl təminatında fürsət kimi dəyərləndirirlər.

Son dövrlərdə dünya bazarlarında taxılın ucuzlaşması Azərbaycan bazarına da təsirini göstərir. Bunu iri marketlərdə unun, çörəyin ucuzlaşması ilə görürük. Un bazarında 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35,5-37,2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40,7-41,5 manat təşkil edirdi. Cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır.

Məlumat üçün bildirək ki, 4 il bundan öncə BMT dünyada taxıl-buğda qıtlığının olacağı ilə bağlı xəbərdarlıq edirdi. Hətta Milli Məclisdə ciddi müzakirələr aparılır, anbarlarda buğda-taxıl ehtiyatını təmin etmək üçün təkliflər irəli sürülürdü. Bəs indi vəziyyət necədir? Yaranmış yeni şəraitdə ölkənin taxıl ehtiyatlarının artırılması ilə bağlı hansısa tədbirlər görülürmü? Qiymətlərin ucuzlaşmasından taxıl ehtiyatlarımızı artırmaq üçün istifadə edə bilərikmi?

"Kaspi" qəzetinin mövzu ilə bağlı yazısını təqdim edirik:

1,4 milyon ton taxıl idxal edirik

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva deyir ki, dünya bazarında taxılın ucuzlaşmasının əsas səbəblərindən biri taxıl sazişinin genişləndirilməsi və vaxtının uzadılmasıdır. O cümlədən, BMT taxılın qiymətinin aşağı düşməsi üçün bir sıra qabaqlayıcı tədbirlər görür: "Azərbaycan hər il Rusiya və Qazaxıstandan taxıl idxal edir. Taxıla olan illik tələbatımız 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Tək ötən il Azərbaycan Rusiyanın Ulyanovsk vilayətindən 15 227 ton taxıl idxal edib. Bu idxal bizi Ulyanovskdan ən çox taxıl idxal edən ölkələr sırasına daxil etdi".

İşğaldan azad rayonlarda 100 min ton buğda yığılacaq

M.Əliyevanın sözlərinə görə, hazırda Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var: "Hökumət taxıl ehtiyatı, ərzaqlıq buğdanın təmin edilməsi istiqamətində işlər görür. Ölkəmizdə taxıl qıtlığının yaranması gözlənilmir. Müvafiq qurumlar bu ehtiyatı artırmağa çalışırlar. Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovuz bölgəsində yetişdirilirdi. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir".

Taxıl ehtiyatlarımızda azalma qeydə alınmayıb

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyir ki, dünya bazarında bu sahədə böhran olduğu vaxtda belə, Azərbaycanın taxıl ehtiyatları ilə bağlı ciddi problemi olmayıb: "2021-ci ildən başlayan böhran 2022-ci ildə daha kəskin davam edirdi. Biz bu vəziyyətdə belə, taxıl, buğda tədarükündə heç bir problem yaşamadıq. Dövlətin sahibkarlara verdiyi dəstək və düzgün xarici siyasətlə görülən tədbirlər hesabına 2022-ci ildə ölkəyə idxal olunan buğdanın həcmi 2021-ci ilin göstəricilərindən artıq oldu. Azərbaycanda buğda tədarükündə ehtiyatlarda tükənmə və ya aşağı səviyyədə azalma heç vaxt qeydiyyata alınmayıb".

Yerli istehsala üstünlük verilir

Mütəxəssis deyir ki, hazırda dünyada bazar şərtləri daha əlverişlidir və idxal mənbələrindən tədarük davam edir: "Ancaq bu prosesdə ehtiyatlarımızı yerli istehsalla artırmaq dövlətin əsas prioritetidir. Bunun üçün də aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib. Prezidentin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanına əsasən, fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə, məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur. Bununla yanaşı, bu fərmanla ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemləri də tətbiq edilir. İstehsal olunan ərzaqlıq buğdanın hər tonuna görə, 100 manat subsidiya müəyyən olunub. Bununla da yerli istehsal hesabına ilbəil artım gözləyirik. Dünya bazarında nə baş verməsindən asılı olmayaraq yerli istehsal həcminin artırılmasını əsas vəzifə kimi müəyyən etmişik. Taxıl ehtiyatı ilə bağlı böhran vaxtı belə, problemimiz olmayıb, indi də yoxdur".

Ekspertdən nikbin proqnoz

İqtisadçı ekspert Cəfər İbrahimli deyir ki, ərzaq buğdasını əsasən Rusiyadan idxal edirik: "Azərbaycanın Rusiyadan təxmini idxalı 1,2-1,3 milyon tondur. Az bir hissəsini isə ötən il Qazaxıstandan almışıq. Ukrayna-Rusiya müharibəsi çərçivəsində taxılla bağlı dünya bazarlarında yaranan böhran bizə ciddi təsir etmədi. Ölkənin daxili imkanları da tələbatımızı ödəyir. Dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər öz töhfəsini verəcək. Böyük istehlakçılarla müqavilələr bağlanır və işlər görülür. Ərzaq buğdası parametrinə uyğun olan taxıllar dövlətin ehtiyat fondu, dəyirmanlar tərəfindən satın alınacaq. İndiyə qədər Azərbaycanda təxminən 220 manat torpaq subsidiyası verilirdi. Bundan əlavə, ərzaq buğdası istehsal edənlərə də məhsul subsidiyası veriləcək. Ölkədə taxıl ehtiyatlarının azalması ilə bağlı problem gözlənilmir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2280   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ

3 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo

21 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır

Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli

3 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr