TƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLAR

10:06

"Mən hazırda evimin qapısını bağlamışam, ailəvi olaraq qızımgilə köçmüşük. Burada yaşamaq mümkün deyil".

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Xətai rayonu, Gəncə prospekti 20 A ünvanında yaşayan məcburi köçkünlər binalarının qəzalı vəziyyəti ilə bağlı aksiya keçirmişdilər. Rayon İcra nümayəndələri də hadisəylə bağlı açıqlamalarında binanın həqiqətən də qəzalı vəziyyətdə olduğunu təsdiqləmişdilər.

Məsələylə bağlı "Qafqazinfo"nun əməkdaşları da hadisə yerində olub. Sakinlər bildirib ki, 6 ildən çoxdur, müxtəlif qurumlardan gəlib baxıb gedirlər, ancaq hər hansı bir tədbir görülmür:

"Bəlkə də, binada saysanız, heç 50 ailə qalıb, ya qalmayıb, hamı bir yer tapıb köçməyə çalışır. Gecə qohum evində qalırlar, gündüz gəlib pal-paltarını yığıb gedirlər. Divarlar tamam aralanıb, balkondan başımıza əl boyda daşlar düşür. Bir gün balkonlar başımıza düşəcək. Hər həftə 2-3 dəfə maşınlara yığışıb şikayətə gedirik. Artıq yazmadığımız qurum qalmayıb. Uşaqdır, deyirsən, getmə, gedir. Biri üstdən yıxılıb başı tamam yarılmışdı, kapron qoydurdular".

Sakinlərin sözlərinə görə, bina 11 metr qarşıya sürüşüb və 2 metr də bir tərəfə əyilib. Mənzillərin kanalizasiya suları da elə zirzəmiyə axır. Bu səbəbdən də, birinci və ikinci mərtəbələrdə nəmişlik və üfunət iyindən dayanmaq olmur:

"Əvvəl kanalizasiya tamam küçəyə axırdı. Tamam xəstəlik idi. Birtəhər pul düzəldib, buranı qazıb suyu boru ilə aparmışıq. Məhəlləyə girmək olmurdu. Birinci mərtəbələrdə iydən, qoxudan yaşamaq olmur. İnanırsız, çaydanı qızdırıcının üstünə qoyursan, yana doğru sürüşür. Artıq müraciət edə biləcəyimiz yer qalmayıb. Gözləyirlər ki, bina bir gün başımıza aşsın, sonra nəsə etsinlər".

----------

09:35

"Qəfildən bina silkələndi, elə bildik ki, zəlzələ oldu. Hamı uşaqları götürüb həyətə qaçdı. Baxdıq ki, binanın arxası uçub. İndi 3 gündür küçədə gecələyirik. Növbəti sürüşmədə bina tamamilə yerlə yeksan olacaq". Bunu Gülbəniz Məmmədova deyir.

...Noyabrın 14-də gecə saatlarında Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındakı qəzalı binada uçqun olub. Elə həmin gecə sakinlər metronun "Əhmədli" stansiyasına gedən yolu bağlamaqla etiraz aksiyası keçiriblər. Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərlə görüşüb, problemin həlli üçün çalışacaqlarını deyiblər.

Milli.Az xəbər verir ki, virtualaz.org saytı həmin binaya baş çəkib, gözdən uzaq, könüldən iraq düşmüş ailələrinin dəhşətli durumu ilə tanış olub.

Son 4-5 ildə bina 18 metr sürüşüb. Birinci mərtəbədən sonuncu mərtəbəyə qədər çatlar yaranıb, hətta çatlar o qədər dərindir ki, qonşu qonşunun evini görə bilir. Hazırda bu binada 105-i qaçqın ailəsi olmaqla 150-yə yaxın ailə yaşayır.

Birinci mərtəbədə yaşayan hər ailənin təxminən 15 kvadratmetrlik bir otağı var. Taxta qapısı, pəncərəsi olan bu otaqların sakinləri yuxarı mərtəbələrdə və binanın damında yaşayanlardan daha şanslıdır. Baxmayaraq ki, bu mərtəbədə nə hamam var, nə də ayaqyolu.

"12-ci mərtəbə ucalandan sonra binada qaçqınlar məskunlaşıblar. Sürüşmə nəticəsində sonuncu 3 mərtəbə uçub, beton dirəklər binanın arxasına tökülüb. İndi yalnız 9 mərtəbəsində yaşayış var", - Arif Əliyev adlı sakin deyir.

Uçulub-dağılmış 10-cu mərtəbədə künclərdə qapısız-pəncərəsiz "ev" qurublar. Axşamlar pərdə qapıları aralayıb yatır, səhər pərdə qapıları örtüb geyinirlər. Taxtadan tikilmiş ayaqyolunun da qapısı pərdədəndir.

Füzuli rayonundan olan məcburi köçkün Namiq Əliyevin də 4 nəfərlik ailəsi beton dirəklərin əhatəsində taxtadan tikilmiş balaca evdə yaşayır. Ən dəhşətlisi isə odur ki, damın ətrafı hasarlanmayıb, böyüklərlə bərabər, uşaqların da həyatı təhlükədədir. "Qorxumuzdan gecələr rahat yata bilmirik. Hamı bir can borcludur, amma uşaqlara hər an nə isə ola biləcəyini düşünə-düşünə yaşamaq ölümdən də betərdir", - sakinlərdən biri deyir.

Binanın kanalizasiya sistemi yoxdur, çirkab birbaşa zirzəmiyə axır. Buna görə də üfunət yola qədər yayılıb. Nəmişlikdən 8-ci mərtəbəni ot basıb. Ağdamdan olan məcburi köçkün Səmayə xala deyir ki, siçovulların əlindən evə ərzaq ala bilmirlər. "Bir də görürsən ki, masanın üstündəki çörəyi didir. Uşaqlar qorxudan xəstəlik tapıblar. Suyu, işığı özümüz çəkdirmişik, amma kanalizasiya sistemi çəkdirmək mümkün deyil".

Binanın hər an uça biləcəyindən qorxanlar elə həyətdəcə kərpicdən, taxtadan, dəmirdən "ev" tikib gecələyirlər. Məsələn, Laçın rayonundan qaçqın düşmüş Hümbətovlar yarı dəmirdən, yarı kərpicdən tikilmiş iki otaqda yaşayırlar. "Uşaqlar kömək etdilər, kərpicdən bu balaca otağı tikdik, böyür-başına şifer, dəmir vurmuşuq. Amma ayağımızın altındakı torpaqdır, üstünə əvvəlcə taxtaları düzmüşük, sonra da adyal, kilim sərmişik. Başqa əlac yoxdur", - ailənin gəlini yaşadığı şəraiti göstərir.

Sakinlər deyirlər ki, hər bir ailəyə 45 min manatdan kompensasiya veriləcəyi vəd olunub, amma sonradan vədə əməl etməyiblər: "Demək olar ki, hər gün Nazirlər Kabinetinin, "Qaçqınkom"un qarşısına toplaşırıq. Artıq bizi dinləyib, dərdimizə qulaq asan da yoxdur. Hər dəfə bir bəhanə ilə yola salırlar. Gərək bina başımıza uçsun, sonra tədbir görsünlər".

Ümidləri hər yerdən üzülmüş qaçqınlar yağışın yağmaması üçün hər gün dua edirlər. Təkcə ona görə yox ki, yağış birbaşa başlarına yağır, kanalizasiya daha da dolub-daşır, hörümçək toruna bənzər işıq xətləri yüklənməyə tab gətirmir. Həm də ona görə ki, hər yağan yağış sürüşməni bir az da aktivləşdirir.
TƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLARTƏCİLİ! Bakıda bina sürüşdü, sakinlər küçədə qaldılar - YENİLƏNİB - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3216   Tarix: 17 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıya bu tarixlərdə yenə güclü yağış YAĞACAQ

Bakı şəhərində yenidən yağışlı hava şəraiti gözlənilir. Hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 13 və 14 aprel tarixlərində yağış yağacağı ehtimal olunur. Yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat olmasa da, qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır

11 aprel
.

Öz qazdığı nəhəng çuxurda can verdi - VİDEO

Aydında qanunsuz qazıntı faciə ilə nəticələndi: 1 nəfər həyatını itirdi. Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda qanunsuz qazıntı zamanı baş verən torpaq sürüşməsi faciə ilə nəticələnib. türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Yeşildere Mahallesi yaxınlığında yerləşən təpəlik ərazid

10 aprel
.

TƏCİLİ: Azərbaycanda şagirdləri daşıyan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Sabirabadda içərisində yeddi şagird olan mikroavtobus aşıb. APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib. Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığ

16 aprel
.

Şirin konfetin içindən daş çıxdı - VİDEO

Türkiyənin Elazığ şəhərinin Ulukent məhəlləsində bir marketdən alınan şirin konfetin içində daş parçası olduğu ortaya çıxıb. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı kiçik bir qız uşağı konfet yeyərkən dişinə sərt bir cismin dəydiyini hiss edib və vəziyyəti anasına bildirib. Uşağın verdiy

14 aprel
.

Çində akvaparkda qorxulu anlar: sürüşkəndə qaldılar - VİDEO

Çində yerləşən akvaparklardan birində baş verən texniki nasazlıq əyləncəni qısa müddətdə kabusa çevirib. türk mediasına istinadən xəbər verir ki, sürüşkəndə suyun qəfil kəsilməsi nəticəsində içəridə qalan ziyarətçilər bir-birinə çırpılıb. Hadisə zamanı yaşanan təhlükəli anlar ziyarətçilərin mobil telefo

15 aprel
.

Ötən gün Azərbaycanda 11 qanunsuz silah aşkarlanıb

Ötən gün Azərbaycanda 11 qanunsuz silah aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, aprelin 10-da ümumilikdə 2 avtomat silahı, 1 tapança, 8 tüfəng, 3 patron darağı və 11 ədəd patron aşkar edilərək götürülüb

11 aprel
.

Ötən gün 40 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb. Bu barədə -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 42,4 kiloqramdan çox marixuana

11 aprel
.

Bakıda 10 min manatlıq oğurluq edən şəxs TUTULDU

Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarını

11 aprel
.

İmişlidə kişi evi ilə birlikdə yandı

İmişli rayonunu Qaralar kəndində fərdi yaşayış evi yanıb. APA-ya istinadla xəbər verir ki, kənd sakini Akif Mədət oğluAbşova məxsus evdə baş verən yanğının söndürülməsinə İmişli Rayonu Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb. Hadisə zamanı ev sahib

11 aprel