Tualet kağızı keçmişdə qalır - Ona alternativ yaradıldı
Alimlər tualet kağızının ətraf mühitə təsirini araşdıraraq daha ekoloji alternativin nə olduğunu müəyyənləşdiriblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya görə, ənənəvi karton borulu tualet kağızından imtina edənlərin sayı dünyada getdikcə artır. İnsanlar daha az tullantı yaradan alternativlərə üstünlük verməyə başlayırlar.
Alimlər müəyyən ediblər ki, tualet kağızının ekoloji təsirində əsas rol xammal növü yox, istehsalın harada və hansı enerji mənbələri ilə aparılmasıdır.
Məsələn, Çində bambuk kağızı istehsal edən müəssisələr əsasən kömür enerjisindən istifadə edir. Kanadada istehsal olunan sellüloz hidroenerji ilə təmin olunur, Braziliyada isə evkalipt emalı zamanı yaranan tullantılar yanacaq kimi istifadə edilir.
Model hesablamalar göstərib ki, bambuk istehsalında daha təmiz enerji mənbələrinə keçid olarsa, onunla ağac əsaslı kağız arasında emissiya fərqi demək olar ki, yoxa çıxır.
Alimlər bildirirlər ki, bu nəticə diqqəti xammaldan çox istehsal infrastrukturuna yönəldir.
Digər vacib amil: yumşaqlıq texnologiyası
Araşdırma zamanı daha bir mühüm faktor üzə çıxıb - kağızın yumşaqlığını təmin edən texnologiya.
Standart məhsullar daha az enerji tələb edən Light Dry Crepe texnologiyası ilə istehsal olunur. Premium, çox yumşaq kağızlar isə Creped Through Air Drying üsulu ilə hazırlanır və bu proses daha çox qaz və elektrik sərf edir.
Nəticədə həm bambuk, həm də ağac əsaslı yumşaq məhsullar daha yüksək karbon izi yaradır.
Tualet kağızına alternativ nədir?
Bəzi mütəxəssislər ən yaxşı həllin ümumiyyətlə tualet kağızından imtina olduğunu hesab edir. Alternativ kimi bide sistemləri göstərilir. Bu qurğular Avropa, Asiya və Yaxın Şərqdə uzun illərdir istifadə olunur və müasir modellər su qızdırıcısı və quruducu funksiyalarla təchiz edilir.
Ekspertlərin sözlərinə görə, bide istifadə edilməsi ev təsərrüfatlarında tualet kağızı istifadəsini 75 faizə qədər azalda bilər. "Mordor Intelligence" tərəfindən aparılan bazar təhlili də göstərir ki, bide sistemlərinin populyarlığı tualet kağızına tələbatın artımını zəiflədən əsas amillərdən biridir.
Buna baxmayaraq, qlobal bazar hələ də böyüməyə davam edir. Proqnozlara görə, tualet kağızı bazarı yaxın illərdə də artım göstərəcək.
Qeyd edək ki, Almaniyada maraqlı bir üsul da yayılıb - bəzi insanlar xoşagəlməz qoxuları azaltmaq üçün tualet kağızını soyuducuya qoyurlar. Bu üsul müvəqqəti olaraq qoxunu azaltsa da, problemin əsas səbəbini aradan qaldırmır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3397 Tarix: 15 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrHavasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın
İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav
11 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrBakıda ən ucuz evlər bu ərazidədir
Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind
3 oktyabrEvin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan
3 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabr