"Mübariz" filminin rejissoru: "Atası Ağakərim kişi filmdən sonra gözyaşlarını saxlaya bilmədi"

"Mübariz" filminin rejissoru: "Atası Ağakərim kişi filmdən sonra gözyaşlarını saxlaya bilmədi"Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Mübariz" filmi nümayiş olunub.

Oxu.Az-ın əməkdaşı filmlə bağlı təəssüratlarını öyrənmək üçün rejissor Natiq Novruzla danışıb.

Rejissor filmin ərsəyə gəlməsindən bəhs edib:

"Baş prodüserimiz Nicat Mənalı 2012-ci ildə Mübariz İbrahimov haqqında ssenari yazıb. 2020-ci ilə qədər cəhd etsələr də, alınmayıb. Nicatla biz daha sonra görüşdük. Kastinqimiz çox uzun çəkdi. Baş rol axtarışında idik. Hərəkəti, davranışı, danışığı, xarakteri Mübarizə oxşayan birini axtarırdıq. Sonda Hüseyn Əliyevi tapdıq. O, aktyor olmasa da, çox yaxşı oynadı".

N.Novruzov filmdə Mübarizin atdığı hər addımın lentə alındığını söyləyib:

"Film mübariz postunda çəkilib. Mübarizin atdığı addımları bir-bir vermişik. Azərbaycanda kino sahəsi başqa cürdür. Biz əziyyətlə bu işi ərsəyə gətirdik. Bu milli məsələ idi. Bacarmışıqsa nə xoş mənə. Filmdə ana rolunu istedadlı aktrisa Flora Hüseynovaya, ata obrazını isə Şamil Süleymanova həvalə etdik. Əla nəticə alındığını düşünürəm.

Filmdə Mübarizin həm uşaqlığı, həm orta yaşını, həm də böyüklüyünü çəkmişik. Film Tərtərdə Çaylı kəndinin ətrafında Mübarizin qulluq etdiyi və keçib erməniləri məhv etdiyi postda çəkilib".

Natiq Novruzov Mübarizin ailəsindən razılıq alındığını qeyd edib:

"Ötən gün Biləsuvarda təqdimat mərasimi keçirildi. Mübarizin atası gəlib filmə baxdı. Razı qaldı. Ağakərim kişi göz yaşlarını saxlaya bilmədi. Bütün zal ağlayırdı. Dedi ki, "mən Mübarizin hərbçi olmağını istəmirdim. Lakin filmə baxandan sonra içimdə o istək yarandı". Ssenari yazılanda ailəsindən razılıq alınmışdı.

Bu filmi digərlərindən fərqləndirən Mübarizin adının olmağı idi. Böyük məsuliyyət idi. Bu hissləri yaşadıq. Bacardığımızı etməyə çalışdıq. Filmdə onun əsgəri vurulur. Bu insanın beynində bir amal olur. O da Qarabağı almaq istəyidir. Onun şəhid olduğu səhnə də var. İlk təqdimat Bakıda, ötən gün Biləsuvarda oldu. Daha sonra Sumqayıt, Gəncədə olacaq".
Ssenarist Nicat Mənalı qeyd edib ki, filmi ərsəyə gətirməkdə məqsədimiz Azərbaycan övladları üçün Mübarizin keçdiyi həyat yolunu örnək olaraq tammetrajlı film halında göstərmək idi:

"Uzun və çox çətin bir yola çıxmışdıq. Məsuliyyətli və şərəfli bir iş idi. Ağırlığı bizi qorxutmurdu. Çünki burada vətənpərvərlik hissi var idi. Bacardığımız qədər çətinlikləri asanlaşdırmağa çalışdıq. Filmin çəkilişin dövlət kanalımız da kömək etdi. Lakin şəxsi büdcədən də istifadə etdik. Vətənpərvər oğullarımız da dəstəklərini əsirgəmədilər".

Nicat Mənalı əlavə edib ki, digər qəhrəmanlarımız haqqında da film çəkməyi düşünürük:

"30 ildən çox işğal altında qalan Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən igidlərimiz niyə də tarixdə qalmasınlar. Onları tarixləşdirmək üçün mahnılar, kitablar yazılmalıdır. Film dünyada təbliğatın ən yüksək tərəfidir. İgidlərimizin filmlərdə yaşamağını istədim. Başqa ölkələrdə insanlarımız da görsünlər ki, necə oğullarımız var.

Böyük çətinliklə də olsa, bu filmi ərsəyə gətirə bildik. Elə başa düşürəm ki, xalqımız zəhməti dəyərləndirəcək. Balalarımız üçün örnək olan bu film artıq sinemalardadır. Başqa qəhrəmanlarımız haqqında da film çəkməyi düşünürük. Xalqımızın zəhmətə dəyər verəcəklərini düşünürəm. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm..

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir Mübariz İbrahimov 18 iyun 2010-cu ildə, saat 23:30 radələrində məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlayıb. O, təkbaşına minalanmış ərazidən keçərək Tərtər rayonunun Çaylı kəndində yerləşən düşmən mövqeyinə basqın edib. İbrahimov burada erməni qüvvələri ilə beş saat döyüşüb və səhər saatlarında şəhid olub.

O, 2010-cu ildə Azərbaycan Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülüb.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2064   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə

16 sentyabr
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust