Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOTelekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir.

İlk serial - "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrına kimi efirə gedib. Və qeyd edək ki, canlı yayımlanıb. Təəssüf ki, onun heç bir lent yazısı qalmayıb. Qayıdaq bu günə. Bu gün Azərbaycan teleməkanında müxtəlif teleseriallar tamaşaçıların görüşünə gəlir. Təbii ki, serialların da öz izləyicisi, auditoriyası var.

Bəs kanallar bu il hansı seriallarla tamaşaçıların qarşısına çıxacaqlar?

Bununla bağlı "Kaspi" qəzetinin əməkdaşları maraqlı araşdırma aparıblar.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOÜç mövsüm ARB kanalı izləyicilərinin sevimlisi olan "Uçurum" serialı bu il artıq dördüncü mövsümünə başlayacaq. Serialı ərsəyə gətirən yaradıcılardan biri - quruluşçu rejissoru Vüsal Məmmədov deyir ki, reytinq cədvəlinə görə, ən çox izlənilən seriallardan biri olan "Uçurum"un çəkilişləri artıq bir aydır ki, davam edir və efirə başlamaq üçün ciddi hazırlıqlar gedir: "Bu mövsümdə də yeni süjet xətti, bir-birindən maraqlı hadisələr, obrazlarla tamaşaçıları yaxşı mənada gərginlikdə və maraqda saxlamaq niyyətindəyik. Ailə-məişət mövzusunda olan serialda günümüzün reallığı ilə səsləşən müxtəlif hadisələr öz əksini tapacaq. Ötən mövsümdən Sevda, Cənnət, Mədət, Nərminə, Aynur, Tofiq və digər sevilən obrazlar qalsa da, yeni xarakterlər də tamaşaçıları sevindirəcək. Bundan başqa, keçmişdən gələn bir obraz da kabus kimi yeni həyatın üzərinə çökəcək".

Serialın daimi və yeni tamaşaçıları "Uçurum"u həftə içi dörd gün ARB kanalında izləyə biləcəklər.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOATV kanalında gedən və tamaşaçı istəyi ilə üçüncü mövsümünə qədəm qoyan "Bir qadın" serialının da artıq çəkilişlərinə başlanılıb. Serialı ərsəyə gətirən prodakşının baş prodüseri Yaşar Əhmədovun sözlərinə görə, artıq iki mövsüm tamaşaçılarda xüsusi maraq və rəğbət doğuran "Bir qadın" serialı növbəti mövsümdə də bir-birindən maraqlı və dinamik olaylarla efirdə olacaq. Quruluşçu rejissoru Şahin Qəhrəman olan serialda Anar Heybətov, Zemfira Əbdülsəmədova, Nuriyyə Əliyeva, Ləman İmanova, Elçin Muradov və başqaları iştirak edir. Çəkilişlərə artıq bir aydır ki, start verilib. Bu mövsüm ötən ilkindən daha gərgin hadisələr, daha fərqli xarakterlərlə efirdə olacaq. Davud, Zöhrə, Gülzar, Ləman, Arzu kimi sevilən obrazların həyatında hansı dəyişikliklər olacaq? Kimin qarşısında yeni yollar, yeni qismətlər açılacaq? Bunların hamısı yeni mövsümdə "Bir qadın" serialında olacaq. Qeyd edim ki, serial bir-birindən maraqlı bölümləri ilə yeni mövsümdə həftə içi dörd gün ATV kanalında yayımlanacaq.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOATV kanalında başqa bir yeni layihə - "Gecə yarısı" da efirdə olacaq. "Gecə yarısı"nın quruluşçu rejissoru Kənan MM bildirir ki, serialın ssenari müəllifləri İlqar Fəhmi ilə Çinarə Nüsrətlidir. Baş rolların ifaçısı Günəş Mehdizadə, Tural Əhməd, Reşat Kəsəmənli, Rada Nəsibova və Aysel Yusubova olan serial kriminal-dram janrındadır. Kriminal həvəskarlarını ATV kanalında ekranlara çıxacaq "Gecə yarısı" serialını izləməyə dəvət edirik. Efir vaxtı oktyabr ayına nəzərdə tutulan serial həftə içi bir gün yayımlanacaq.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO"Space" kanalında da yeni bir serial tamaşaçıların ixtiyarına veriləcək. Komediya janrında olan və artıq sürətlə çəkilişləri gedən serial bu günümüzlə səsləşən pandemiya mövzusunu əhatə edir. İnsanların ancaq internet üzərindən bir-birilə görüşməsi, əlaqə saxlaması əsasında başlarına gələn maraqlı, gülməli və eyni zamanda da düşündürücü hadisələrlə zəngin bir serialdır. Quruluşçu rejissoru Ramin Hacıyev, quruluşçu operatoru Elşən Əliyev olan serialda baş rollarda Məcid Hüseynov və Elnur Hüseynov çəkilirlər. Serialın bir gün - həftə sonu yayımlanması nəzərdə tutulub.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO"Covid-19" pandemiyasının tüğyan etdiyi bir vaxtda min bir əziyyətlə çəkilişlər edən, ərsəyə yaxşı serial gətirməyə çalışan yaradıcı və texniki heyətlərə uğur və sağlamlıq arzu edirik. Bu mövsüm də seriallar çəkdikləri əziyyətə dəysin. İnsanların daha çox "evdə qal" çağırışı zamanı asudə vaxtının tələbatını ödəyən, əlbəttə ki, daha çox ədəbiyyat və televiziyalardı. İnsanları daha çox sosial məsafə saxlamağa, bayırda az olmağa, mütaliə etməyə, serial izləməyə dəvət edirik. Milli seriallara baxın, sağlam olun...


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1646   Tarix: 05 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021