Yerli bazarı ələ keçirən əcnəbi qəhrəmanlar: "Hər şeyi istedadın axarına buraxmaq lazım deyil"

Yerli bazarı ələ keçirən əcnəbi qəhrəmanlar: "Hər şeyi istedadın axarına buraxmaq lazım deyil""Ölkəmizdə kitab bazarı tam formalaşmayıb, kitab mağazaları çox məhdud saydadır. Yazıçı-nəşriyyat münasibətləri düzgün şəkildə tənzimlənmir".

Bunu Oxu.Az-a açıqlamasında yazıçı Varis Yolçuyev yerli uşaq ədəbiyyatı nümunələrinin azalması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, dünyada ədəbiyyata maraq azalıb:

"Əvvəla, ondan başlayaq ki, dünyada ümumən ədəbiyyata maraq nisbətən azalıb. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, mobil telefonun və internetin günümüzə basqısı marağın azalmasını şərtləndirir. Bununla yanaşı, ölkəmizdə kitab bazarı tam formalaşmayıb, kitab mağazaları çox məhdud saydadır, yazıçı-nəşriyyat münasibətləri düzgün şəkildə tənzimlənmir. Yerli ədiblər kitabların nəşriyyat və çap xərclərinin bahalığı, çətin satılması səbəbindən kitab yazmaq riskindən qaçırlar".

V.Yolçuyev qeyd edib ki, xarici cizgi filmləri, uşaq serialları günümüzə elə dərindən daxil olub ki, uşaqlarda əcnəbi qəhrəmanlara meyillilik kultu yaranıb:

"Daha gözəl poliqrafiyalı türkdilli, rusdilli və ingilisdilli uşaq kitablarının müvəffəqiyyətli satışı da yerli müəlliflərin kitablarının ayaq açmasına bir əngəldir. Və ən nəhayət, ölkədə uşaq yazıçılarının sayı həddindən artıq azdır".

Filoloq Nərgiz Cabbarlı son 10-15 ildə uşaq ədəbiyyatında boşluqlar yarandığını deyib:

"Bədii və ideoloji cəhətdən zəif əsərlər yazılıb. Bu boşluqları doldurmaq üçün səy göstərməliyik. Müstəqillik dövründən bəri uşaq ədəbiyyatında zəifləmələr hiss olunur. Uşaq ədəbiyyatı ilə bağlı sovet dövründə siyasət aparılırdı. Həmin vaxt uşaq ədəbiyyatı Azərbaycanda kifayət qədər güclü olub. Lakin sonradan, müstəqillik illərində uşaq ədəbiyyatı zəiflədi.

Həmin mərhələni çox təəssüflə qeyd edirəm. O zaman uşaq ədəbiyyatından naşı insanlar istifadə edərək imzalarını tanıtmağa çalışdılar. Bir müsbət tərəfi oldu ki, uşaqlar üçün nəsə etməyə çalışdıqları göründü. Ancaq bədii və ideoloji cəhətdən zəif əsərlərin yaranması heç də xoş olmadı. Ədəbiyyat istedad məsələsidir. Əgər istedad yoxdursa, mətn də olmayacaq".

Filoloq qeyd edib ki, uşaq ədəbiyyatında daha çox tərbiyələndirmə faktoruna toxunmaq lazımdır:

"Uşaq ədəbiyyatını psixoloji, əqli inkişafa yönləndirməyə ehtiyac var. Başdansovdu yanaşmanı aradan götürməliyik. İstedadlara istiqamət vermək lazımdır. Bu sahədə müəyyən işlərin aparıldığını müşahidə edirəm. Bu məni sevindirir. Zəiflik göz önündədir. Bunu açıq şəkildə görürük. İrəliyə doğru müəyyən addımlar atmalıyıq. Boşluqlar aradan qaldırılmalıdır.

Son zamanlar bir çox nəşriyyatların fəaliyyəti məni sevindirir. Bu məsələyə artıq bir qədər ümidlə yanaşa bilirəm. Yavaş-yavaş uşaq ədəbiyyatında müəyyən imzalar görünməkdədir".

N.Cabbarlı əlavə edib ki, yönləndirmə, təşkilat missiyasını yerinə yetirən nəşriyyatlar olmalıdır:

"Hər şeyi istedadın axarına buraxmaq lazım deyil. Sistemli yanaşma və istiqamət olmadıqda boşluqlar yaranır. İndi bizdə nəşriyyatlar çoxdur. Onlar da bu sahədə müəyyən işlər görürlər. Kitab təkcə görüntü deyil, məzmun və mətn keyfiyyəti ilə bağlı məsələdir. İşə peşəkarlar cəlb olunmalıdırlar. Yavaş-yavaş da olsa, bu sahədə başlayan işlər öz nəticəsini verəcək".

Nərgiz Cabbarlı sonda qeyd edib ki, yeni imzalar arasından Günel Eminli, Nigar Mahmud, İbrahim Kərimov kimi şəxslərin işlərini qiymətləndirir.

Qeyd edək ki, Azərbaycanda uşaq yazarlarının sayının altı-yeddi nəfər olduğu bildirilir. Bu rəqəm ölkədə uşaq ədəbiyyatının hansı səviyyədə olduğunu göstərir. Məlumatlara görə, aşağı yaş qrupu uşaqlar üçün əsərlər də az yazılır. Bir başqa problem isə müstəqil uşaq televiziya kanallarının olmamasıdır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1651   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ

3 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo

21 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır

Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli

3 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr