Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub
"TEKNOFEST" Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.
Sonxeber.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, dəvət Türkiyənin İstanbul şəhərində keçirilən "TEKNOFEST Türkiyə" festivalı çərçivəsndə "Azərkosmos"un pavilyonunu ziyarət edən S.Bayraktara təqdim olunub.
"Azərkosmos" Türkiyənin İstanbul şəhərində keçirilən "TEKNOFEST Türkiyə" festivalı çərçivəsində 2-6 oktyabr tarixlərində Bakıda təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresi ilə bağlı aktiv təbliğat işləri həyata keçirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə milli pavilyonda təmsil olunan Azərkosmos festivalın iştirakçılarına Azərkosmosun fəaliyyəti və konqres haqqında geniş təqdimatlar nümayiş edib.
Festival çərçivəsində İstanbul şəhərində Azərbaycanın Baş Konsulluğu ilə birgə Türkiyənin aparıcı universitet və təhsil müəssisələrində – Boğaziçi Universiteti, Yeditepe Universiteti, Yıldız Texnik Universiteti, "Baykar" şirkətinin də daxil olduğu Yıldız Qrup Texnoparkı, Qalatasaray Universiteti, İstanbul Texniki Universiteti, İbn Haldun Universitetinin rəsmi nümayəndələri ilə Bakı konqresinə həsr olunmuş görüşlər olub. Türkiyədən olan gənclər, tələbələr və alimlər konqresə qatılmaq üçün yüksək maraq göstəriblər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1399 Tarix: 01 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr