Ermənistan Azərbaycandan hansı kəndi istəyir? - Paşinyanın bəyanatının pərdəarxası

Ermənistan Azərbaycandan hansı kəndi istəyir? - Paşinyanın bəyanatının pərdəarxası"Ermənistanın Baş naziri Nikol Paşinyanın Qazaxın 7 (Barxudarlı, Sofulu, Böyük Əskipara, Kiçik Əskipara, Xeyrimli, Bağanıs Ayrım və Qızıl Hacılı) kəndi ilə yanaşı, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması açıqlaması, əlbəttə ki, pozitivdir. Ən azı ona görə ki, sadaladığım kəndlər hazırda gündəmdədir və 10 noyabr anlaşmasının ilk variantında da həmin kəndlər məsələsi bəyanata daxil edilmişdi. Lakin 1 gün sonra Rusiya prezidentinin saytında yerləşdirilən məlumatda biz bu kəndlərin adının çıxarıldığını gördük. Ermənistan isə bunun üzərindən manipulyasiya etməyə çalışır".

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Ermənistan əraziləri daxilində yerləşən eksklavlarının qarşılıqlı şəkildə geri qaytarılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Ermənistanın bu proseslə razılaşdığını və mexanizmin qarşılıqlı şəkildə həyata keçirilməli olduğunu bildirib.

Öz növbəsində, O. Qasımov bildirib ki, Ermənistanın həmin kəndləri Azərbaycana qaytarmaqdan başqa variantı yoxdur:

"Çünki bu kəndlər 90-cı illərdə işğal olunub və hər zaman, o cümlədən də sovet dövründə də Azərbaycan əraziləri olub və bu cür də qəbul edilib. Ermənilər də bunu imtina edə bilməzlər və etmirlər də".

Analitik N. Paşinyanın ekslavların qarşılıqlı qaytarılması açıqlamasında dilə gətirdiyi Başkənd məsələsinə də toxunub:

"O ki qaldı Başkənd məsələsinə, bu, artıq mübahisəlidir. Başkənd əvvəllər Azərbaycan ərazisi olub və sonradan SSRİ rəhbərliyi Azərbaycanın razılığı olmadan bölgəni Ermənistana verib. Ona görə də o məsələdə müəyyən müzakirələr aparıla bilər və yəqin ki, bu cür də olacaq.

Sülh prosesinin irəliləməsi üçün müəyyən anlaşmalar və razılaşmalar ola bilər, lakin bir daha təkrar edirəm ki, Başkənd məsələsində müəyyən mübahisələr var. Söhbət ondan gedir ki, bu məsələlər hansı xəritələr üzərindən həyata keçiriləcək".

Mütəxəssis əlavə edib ki, Qazaxın 7 və Naxçıvanın Kərki kəndi hər zaman, qeyd-şərtsiz Azərbaycan əraziləri olub və bu cür də qəbul edilib:

"Amma Başkənd məsələsində müəyyən suallar var və buna aydınlıq gətirilməlidir. Başkəndin Ermənistanın tərkibinə verilməsi məsələsi də məhz bu qəbildəndir.

Paşinyanın açıqlamaları sülhə töhfə verən və açıqlamalardır. Lakin onun fikirlərinin ardıcıllığına diqqət yetirsək, dəyişkənlik görürük. Yəni sabitlik yoxdur və bu gün dediyi fikri sabah təkzib edə bilir. Odur ki, sözügedən kəndlərin qaytarılması məsələsi münaisbətlərin normallaşmasına töhfə verə bilər, amma Başkənd məsələsi ayrıca bir mövzudur. Onun Ermənistana necə verilməsi və hüquqa uyğun olub-olmaması da ciddi müzakirə mövzusu olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 10383   Tarix: 06 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr