Azərbaycanın qırmızı xətti: Ermənistan geri çəkildi... - Qarabağda yeni durum
Hazırda Azərbaycan-Ermənistan sərhədinin Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurması dünyaya, Ermənistana və başqalarına qarşı heç də əzələ nümayişi deyil. Azərbaycan öz suveren ərazisində haqqı olanı edir. Səbəb də artıq məlumdur. Ermənilər həmin yoldan indiyə kimi mina və silah-sursat daşımaq üçün istifadə edib. Ona görə də, bunun nə 10 noyabr 2020-ci ildə əldə olunmuş üçtərəfli razılaşmaya, nə də ki, digər beynəlxalq qanunlara aidiyyatı və ziddiyyəti yoxdur. Azərbaycan öz suveren ərazisində istədiyi addımı atmaq ixtiyarı var. Ölkəmiz də haqlı olaraq da bundan istifadə edir.
Bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.
Deputat Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında aparılmış danışıqlarda da sərhəd-keçid məntəqəsinin açılması və yaxud postun oradan götürülməsi kimi məsələlərin müzakirə olunmadığını söyləyib:
"Qarabağ və onun hansısa "statusu" məsələsi də burada heç bir tərzdə müzakirə predmeti olmayıb. Azərbaycan üçün bu məsələnin qırmız xətt olması ilk günlərdən vurğulanıb. Artıq beynəlxalq təşkilatlar tərəfindən də bu məsələdə heç bir israr yoxdur. Sadəcə olaraq Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, sərhəd xəttinin haradan keçməsi ilə bağlı müəyyən məqamlar mövcuddur".
Razi Nurullayev hesab edir ki, əgər Ermənistan Qarabağda yaşayan ermənilərin hansısa bir formada "status" və hüquqları ilə bağlı müddəa ortaya atırsa, o zaman Azərbaycanın da buna qarşı adekvat arqumenti var: "Azərbaycan artıq bunu tarixi fakt kimi ortaya qoyub".
Partiya səsrinə görə, Qərbi Azərbaycan İcmasında cəmləşmiş və vaxtilə zorla Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtması şərt kimi irəli sürülüb:
"Əgər Qarabağda yaşayan ermənilərlə bağlı əldə olunacaq sülh sənədində nəsə bir müddəa yer alacaqsa, azərbaycanlılarla bağlı da eyni yanaşma burada öz əksini tapmalıdır. Bu məsələlərdə Azərbaycan tərəfi təşəbbüsü ələ alıb. Çünki biz haqlı tərəfik. Ona görə də, burada heç bir narazılıq ola bilməz".
Teleqraf.com
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb