Tehran bu yolla Bakıdan "əvəz" çıxdı – Bilgin
İran tərəfindən Azərbaycanın 4 diplomatına qarşı belə bir hərəkətin olacağı gözlənilən idi. Öz diplomatlarının Azərbaycandan çıxarılmasına cavab vermək istəyən İran bu cür addım atdı.
Bu sözləri güneyli tanınmış siyasətçi, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin İranın 4 diplomatımızı arzuolunmaz şəxs elan etməsini şərh edərkən deyib.
Ölkə parlamentində qarşılıqlı addım prinsipi ilə bağlı tələblərin olduğunu deyən Bilgin Tehranın çoxdan gözlədiyi fürsəti dəyərləndirdiyini qeyd edib:
"İran Azərbaycanla bağlı mənfi münasibətləri nə olursa olsun gündəmdə tutmağa çalışır. Son bir aya nəzər salsaq görərik ki, İranın yüksək səviyyəli şəxslərindən İran ordusunun Quru Qoşunlarının Komandanı Kiyumərs Heydəri, XİN sözçüsü Nasir Kənani, SEPAH-ın komandiri İsmayıl Qaani Azərbaycana qarşı sözdə hücuma keçiblər. Üçünün də danışıqlarına baxsaq, görərik ki, İranın strateji hədəfləri birbaşa Ermənistanı dəstəkləmək və Azərbaycana hücumları taktiki olaraq gündəmdə saxlamaqdır. Atdıqları son addım da eyni siyasətdən qaynaqlanır".
Mahmud Bilgin bildirib ki, İranın diplomatlarımızla bağlı addımın Bakıdan fərqli olaraq heç bir əsası yox idi:
"Azərbaycanın İranın 4 diplomatını aprelin 6-da ölkədən çıxartmasının əsaslı səbəbləri var idi. Səfirliyin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan edilmişdi. Onların Azərbaycan daxilində terror qüvvələri ilə əlaqələri var idi. Amma İrandakı Azərbaycan diplomatları tam mədəni, sivil və qanun çərçivəsində fəaliyyət göstərirdilər. İran yenə də öz mənfi siyasətini ortaya qoydu və yersiz qarşılılıq prinsipini bəhanə gətirərək bu addımı atdı. Ümumiyyətlə, son hadisələri də təhlil etsək, görərik ki, İranın Azərbaycana şovinist siyasətində heç bir dəyişiklik yoxdur".
Axar.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Minimum əmək haqqı nə zaman artırılacaq?
Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı
Bu ərazidəki 22 ev söküləcək: Sakinlərə kompensasiya veriləcək
Rayonlarda intensiv yağış, qar yağacaq, dolu düşəcək
Bu şəxslərə hər ay 1000 manat mükafat veriləcək
Qəzada həlak olan 6 azərbaycanlının kimliyi bilindi - Foto
Boşanmalar niyə artır? - SOSİOLOQLAR AÇIQLADI
May pensiyaları ödənildi
Müəllimin dərs zamanı geyimini görənlər şok olur - VİDEO
Bibərin yanında qətiyyən əkilməyəcək bitkilər: ən pis "qonşular"
Çində uşaq qaçırılması və orqan iddiaları: sosial şəbəkələrdə yayılan görüntülər müzakirə yaratdı - VİDEO
"Gənclik"dəki tuneldə ağır qəza - Yaralılar var - Video
Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
Gənc qız müəlliminin əlindən qurtulmaq üçün çılpaq halda özünü binadan atıb
3 cəzanı eyni anda aldı - Məbləğ dodaq uçuqlatdı